Evinizin gözəl qoxması üçün kimyəvi qatqısız, təbii hava spreyi hazırlamaq çox asandır.
Bunun üçün 2 təklifimiz var.
TurpKimi.com ilin hər fəslində otağınızdan gözəl qoxu gəlməsi üçün təbii vasitələrdən istifadə edərək hava spreyi hazırlama qaydasından yazacaq.
1) Dəfnə yarpaqları təbii hava spreyidir
Bir ovuc dəfnə yarpağı ilə günlərlə qoxan təbii və aromatik hava spreyi hazırlaya bilərsiniz. Həm pulunuza qənaət, həm də uzun müddət qalıcı qoxu əldə edəcəksiz.
Dəfnə yarpaqlarını su ilə və ya susuz otaq qoxusu kimi istifadə edə bilərsiniz: Dəfnə yarpaqlarını saxsı və ya metal bir kasada qızdırıcının üzərinə qoyun. Qızdırıcı dəfnənin qoxusunu otağa yayacaq.
Dəfnə qoxusu həm otağın havasını təmizləyir, həm də yemək qoxularını aparır.
2) Qabartma tozu (soda) qoxuları məhv edir
Qabartma tozu hamının mətbəxində var. Bu nemət pis qoxuları aradan götürmək üçün unikal vasitədir.
Məsələn, qabartma tozu ilə soyuducudan gələn pis qoxuların qarşısını almaq mümkündür. Bunun üçün soyuducuya kasada yarım çay qaşığı qabartma tozu qoyun.
Qabartma tozu pis qoxuları bir neçə saat içində neytrallaşdırır.
Pis qoxu verən idman ayaqqabılarınız varsa, içinə hava keçirən bir paket və soda qoyun; bir neçə saat sonra qoxunun keçdiyini görəssiz.
Bundan əlavə lavanda, sitrus bitkilərindən (limon, qreyfrut, portağal, naringi) də istifadə edərək təbii otaq spreyi hazırlamaq mümkündür. Bunun üçün bitkilərdən dəmləmə kimi, ya da yağından suya damlatmaqla istifadə edə bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
13-01-2023