Övladı laktozaya qarşı həssas olanlar bunu bilməlidir - Süddə nə qədər şəkər var?


Südün tərkibində  təbii  şəkildə olan şəkər miqdarı, sağlamlığa təsirləri haqda diyetoloq Serkan Sıtkı Şahin ətraflı olaraq məlumat verib. 

ovladi-laktozaya-qarsi-hessas-olanlar-bunu-bilmelidir
29.03.2021 09:33 3 dəq oxuma

TurpKimi.com süd haqqında vacib məlumatları oxucularının diqqətinə çatdırır.

Əgər süd qutusunun bəslənmə etiketini oxumusunuzsa, əksəriyyət südün şəkər ehtiva etdiyini fərq etmisiniz. Südün içindəki şəkər o qədər də zərərli deyil, ancaq sağlamlığınız üçün şəkərin qaynağını və miqdarını bilmək əhəmiyyətlidir.

Süddə nə qədər şəkər var?

Müasir dövrün insanı üçün əlavə şəkər sağlamlıq baxımından çox zərərlidir və demək olar ki, çoxumuz məhsullardakı əlavə şəkərdən qaçınmağa çalışırıq. Əlavə şəkər miqdarı yüksək olan yeməklər hər hansı bir qida  diyetinizə əlavə kalori qazandırır. Həm də diyabet və ürək xəstəliyi riskini çoxaldan kökəlməyə və  metabolik sindroma da səbəb olur.

Bəzi qidalarda təbii olaraq şəkər var. Ancaq bəzi qidalara əlavə şəkər qatılır və etiketdə də yazılır. 

Süddəki bu təbii şəkərlər tərkibindəki əsas karbohidratlardır və sadə içəndə belə yüngül şirin bir dad verir. İnək südündə və  ana südündə şəkər süd şəkəri kimi  bilinən laktozadan qaynaqlanır. Yulaf, hindqozu, düyü və soya südü kimi bitki mənşəli südlər, fruktoza (meyvə şəkəri), qalaktoza, qlükoza, sukroza və ya maltoza kimi başqa sadə şəkərlər ehtiva edər.

Şokoladlı süd və aromalı süd kimi dadlandırılmış südlərin əlavə şəkər ehtiva etdiyini unutmayın.

1 su stəkanı (240 ml) ana südündə 17 qram, inək südündə 12 qram, şokoladlı inək südündə 23 qram karbohidrat (şəkər əlavəli) var. Alternativ olaraq bitki mənşəli şəkərsiz badam südündə isə heç bir karbohidrat yoxdur.

Süd şəkərinin sağlamlığa təsirləri

Hər növ süddəki şəkərin sağlamlıq üçün müəyyən təsirləri var. Sürətlə həzm edilir, bədəniniz və beyniniz üçün əsas enerji qaynağı olan qlükozaya çevrilir. İnək südü və ana südündəki laktoza, qlükoza ilə qalaktozaya ayrılır. Qalaktoza xüsusilə körpələrdə və kiçik uşaqlarda mərkəzi sinir sisteminin inkişafı üçün əhəmiyyətlidir.

Laktoza tamamilə həzm edilmişsə, bağırsaqlarınızdakı sağlam bakteriyaları bəsləyən probiotik lif kimi işini görür. Həzm edilməmiş laktoza da bədəninizin kalsium və maqnezium kimi bəzi mineralları əmməyinə kömək edir. 

Bütün süd növləri karbohidrat ehtiva etdiyindən, qlisemik indeksdə (GI) ölçülə bilər; bunlar bir qidanın qan şəkərinə nə qədər təsir etdiyini göstərər. Aşağı GI qidaları qan şəkəri səviyyəsini yüksək GI-lərdən daha yavaş yüksəldər. İnək südündəki şəkər olan laktoza qan şəkərini digər şəkər növlərindən daha az təsir edər.

Əlavə şəkəri necə bilmək olar?

Süd alarkən əlavə şəkəri olmayan şəkərsiz növləri almalısız. Bəslənmə etiketləri detallı olaraq oxunmalıdır. Tərkibindəkilər siyahısında hər hansı bir şəkər şəkli görsəniz, bunun mənası “əlavə şəkər var” deməkdir.

Qutulardakı əlavə şəkər bu cür ümumi adlarla yazılır:

- Qarğıdalı siropu və ya yüksək fruktozalı qarğıdalı siropu

- Qəhvəyi rəngli düyü siropu

- Hindqozu şəkəri

- Arpa maltı

- Malt siropu

- Maltoza

- Fruktoza

Etiketdə  "şəkərsiz" sözünü də axtara bilərsiniz. 

Bütün südlərdə şəkər var, ancaq təbii, sadə süddə təbii şəkərlərdən qaçmaq üçün heç bir səbəb yoxdur. Sadə süd beyninizi və bədəninizi qidalandırır. Hətta əlavə faydaları olan mükəmməl karbohidrat qaynağıdır. Əlavə şəkərli süddən sağlamlığa təhlükə yaradır deyə, daim qaçınmaq lazımdır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Bunu da oxu:

Uşaqlarda laktozaya qarşı allergiya: - Əlamətləri və qorunma yolları