Övladını bəsləyən analar üçün möcüzəvi bitki


Ana südünü artıran möcüzəvi razyana haqda bunları bilməlisiz.

ovladini-besleyen-analar-ucun-mocuzevi-bitki
22.01.2024 19:15 1 dəq oxuma

Körpəsini bəsləyərkən süd problemi yaşayan analar üçün razyanadan istifadə etməkdə  fayda var.

Qədim zamanlardan istifadə edilən  şəfa qaynağı razyanadan müxtəlif formalarda yararlanıblar.

Qurudularaq yeməklərə qatılıb və ya çay şəklində istehlak edilib.  Yüksək nisbətdə fosfor, maqnezium, kalium, kalsium və natrium mineralları ehtiva edən bitki A və C vitamini baxımından da zəngindir.

Flavonoidlər və uçucu yağlar baxımından da zəngin bir bitki olan razyana kosmetika və dərman sənayesində geniş  istifadə edilir. Qəbizlik, qaz, şişkinlik kimi həzm sistemi pozğunluqlarının və bəzi dəri xəstəliklərinin müalicəsində əhəmiyyətli rol oynayır.  Eyni zamanda təzyiqin nizamlanmasında olduqca təsirlidir.

Əmizdirən analarda süd artırmaq üçün də təklif edilən bitki yüksək kalium məzmunu sayəsində qan dövranını da nizamlayır. Sidikqovucu xüsusiyyəti ilə bədəndə və hüceyrələrdə toplanan suyun atılmasına kömək edir, toksinləri bədəndən uzaqlaşdırır. Tərkibində olan  A vitamini görmə problemi yaşayanlar üçün olduqca faydalıdır. Nizamlı olaraq istehlak edilərsə sink, selenium və kalsium məzmunu sayəsində dərinin daha canlı və hamar görünməsini təmin edər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com