Oxumaq vərdişini formalaşdırmaq üçün 5 addım - İstəmək bacarmağın yarısıdır!


TurpKimi.com  kitab oxuma vərdişi üçün qalan yarısının öhdəsindən gəlmək üçün atılacaq  5 addımı açıqlayır.

oxumaq-verdisini-formalasdirmaq-ucun-5-addim
31.01.2024 19:05 2 dəq oxuma

Kənardan baxanda kitab oxumaq çox sadə bir hərəkət kimi görsənir, amma bu insandan əmək istəyir. 
Oxumağa davam etmək, oxuduğuna fokuslanmaq və sənə verəcəyi hissin dadını çıxartmaq üçün səy göstərmək lazımdır.

Onda əvvəlcə psixologiyamızı bu vəziyyətə hazırlamalıyıq. 5 addımla məqsədimizə çata bilərik…

Mütəxəssislərdən sadə məsləhətlər:

1 - Özünüzə xüsusi zaman ayırın

Kitab oxumaq boş zamanınızı doldurmaq üçün deyil. Əlbəttə həqiqi bir oxucu olduğunuzda boş zamanlarınızda ağlınıza ilk "oxumaq" gələcək. Ancaq başlanğıc mərhələdə  bunun üçün xüsusi zaman ayırmaq lazımdır.
20-30 dəqiqəlik zaman dilimləri ilə başlayın. Nizamlı olaraq reallaşdırdığınız hərəkətlər zamanla vərdişə çevriləcək. Oxumaq istəyirsinizə, özünüzə bir şans verin. Zamanla 1 saata qədər oxuyun və bu gözəl duyğunun dadını çıxardın. 

Bundan sonrakı zamanı isə nəfəsinizi kəsən romanlar təyin etsin…

Qeyd: Özünüzə ayırdığınız xüsusi zamanın hər gün eyni vaxtda olmağına diqqət yetirin.

2 - Xüsusi oxuma yeri yaradın

Xüsusi duyğular zamandan sonra bir də xüsusi bir yer istəyər. Zalın bir küncündəki kreslo axı, niyə oxuma kreslonuz olmasın?

Özünüzü ən çox harada rahat hiss etdiyinizə qərar verin. Evdə, ya da çöldə fərq etməz. Ən çox rahatlayacağınız və ən az narahat ediləcəyiniz yeri kəşf edin.

3 - Necə bir oxucu olmaq istədiyinizə qərar verin

Bəzən insan çox sevdiyi bir şeyi edərkən dəstəkləyici bəzi şeylərə ehtiyac duyar. Məsələn, arxa fonda səslənən rahatlaşdırıcı bir musiqinin oxuyarkən sizə yoldaşlıq etməsini istəyə bilərsiniz. Ya da məsələn bir şeylər atıştırmaq, su içmək istəyə bilərsiniz.

Bütün bu istəklərinizi əvvəlcədən yerinə yetirib kitab arxasına keçin. Fikriniz yayınmasın deyə, kitabın üstündən tez-tez durmayın. 

4 - Sevdiyinizə fokuslanın

Bir şeyə alışmaq üçün onda sevdiyimiz tərəfləri tapmaq əhəmiyyətlidir. Oxuma vərdişi qazanmaq istəyirsiniz deyə, əlinizə keçən hər şeyi oxuyacaq deyilsiniz. Bu mövzuda da bir zövqünüz formalaşacaq. Məlumatlanacağınız və xoşbəxt hiss edəcəyiniz kitabları seçərək başlamalısınız. Beyninizin, ürəyinizin neyə ehtiyacı var, özünüzü dinləyin.

Beyninizdən keçənlərə bir qulaq verin. 

5 - Strategiyalar inkişaf etdirin

Bu 4 addımdan sonra artıq özünüzə görə yaradacağınız strategiyalarınız olacaq. Bir kitab, bir kitab daha deyərkən hansı növ kitabları, hansı yazıçıları oxumaqdan zövq alığınızı  kəşf edəcəksiniz.

Artıq oxuma vərdişi əldə etdiniz və strategiyalarınızı təyin edərək hayatınızda bu vərdişə də yer olmasını təmin edə bilərsiniz. Bir yazıçını təsadüfən çox bəyəndinizsə, onun digər kitablarını da oxuya bilərsiniz. 

Strategiyalar, zaman, məkan… Hamısını nizamlayın və bu gözəl duyğunun dadını çıxardın, zövq alın…

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc edilib: 20-04-2021