Oynaq ağrıları üçün ən effektli təbii vasitələr


Hərəkətsizlikdən oynaq ağrıları cavanlaşıb...

oynaq-agrilari-ucun-en-effektli-tebii-vasiteler
03.05.2021 01:41 1 dəq oxuma

Oynaq xəstəliklərinə hər yaşda rast gəlinir. Ağrı bel, çiyin, diz və bədənin digər yerlərində ola bilər. Təbii vasitələrlə həmin bölgələrdə hərəkətsizlik və oynaq ağrıları nəticəsində yaranmış əzələ tıxanmasının qarşısını almaq mümkündür.

1 – LİMON

Nüfuz etmək və məhv etmək gücünə, “vişnevski” mazı isə isitmək və ağrını götürmək qabiliyyətinə malikdir. Dairəvi formada limon dilimi kəsin və bir gecə ağrı olan oynağın üzərinə qoyun. İkinci gecə də eyni kompresi təkrar edin. Üçüncü gün isə “vişnevski” mazı çəkin.

2 – YUMURTA QABIĞI və SÜD

Bir az yumurta qabığı üyüdün, eyni miqdarda evdə qıcqırdılmış süd əlavə edin. Həll olunana qədər qarışdırın və ağrı olan yerə kompres edin. Kompresi ağrının olduğu oynaqda 1 saatdan çox olmamaqla saxlayın.

3 – PROPOLİS

Hər gün noxud böyüklüyündə propolisi su və ya süd vasitəsiylə udun. Oynaqlara isə suyun buxarında yumşaldaraq ağrıyan nahiyyəyə sürtün.

4 – EVDƏ HAZIRLANMIŞ MƏLHƏM

Bir xörək qaşığı dazı otu və boymadərən otunu suyun buxarında isidilmiş vazelinlə qarışdırın. Əldə edilən məlhəmi masaj hərəkətləri ilə ağrıyan oynaqlara sürtün.

5 – İSTİ VƏ SOYUQ KOMPRESLƏR

Ağrını tez bir zamanda azaldır və əzələlərin yumşalmasına kömək edir. Ağrıyan nahiyyəyə 20 dəqiqə isti kompres qoyun, ondan dərhal sonra 20 dəqiqə soyuq kompres tətbiq edin.

Firuzə Alimova / TurpKimi.com