Paltardan ütü yanığı ləkəsini necə təmizləmək olar?


Ev işləri arasında ən zəhlətökəni və təhlükəlisi ütüləməkdir.

paltardan-utu-yanigi-lekesini-nece-temizlemek-olar
10.05.2022 14:35 1 dəq oxuma

Çünki bir anlıq diqqətsizlik geyimin yanmasına səbəb ola bilər. Geyimin üzərində unudulan ütü ən yaxşı halda  paltarda  yanıq ləkəsi yaradır.  Əgər geyiminiz yanmadısa, hələ də şansınız var deməkdir. Zamanında və doğru müdaxilə ilə  geyimlərinizi ləkədən təmizləyə bilərsiz.  

TurpKimi.com xəbər verir ki, ütü yanığı ləkəsindən xilas ola bilmək üçün ehtiyacınız olan vəsait bir miqdar oksigenli su-hidrogen-peroksiddir. Başqa adla pereks bir çox ləkəni təmizləmək üçün təsirli üsuldur.  Əlbəttə doğru şəkildə istifadə etsəniz xeyirin görəcəksiz.  Səhv tətbiq etsəniz əşyalara zərər də verə bilərsiniz.

Yarım stəkan su və yarım stəkan pereks qarışığını hazırlayın. Yaxşıca qarışdırın və bir bezi bu su ilə isladın. Yanıq ləkəsi olan bölgəni bu bezlə silin. Geyiminizdəki yanıq ləkəsinin itdiyini görəcəksiniz. Yanıq ləkəsini aradan qaldırmaq üçün sirkəli su da istifadə edilə bilər. Sirkəli suya batırdığınız bezlə yanıq ləkəsini silin. Bu üsul da yanıq ləkəsi üzərində təsirli olacaq. Geyim çox yanarsa heç bir üsul təsirli olmaz. Sadə ləkələr üçün bu üsullardan istifadə edə bilərsiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 11-12-2019