Paltarlardan pomidor ləkəsini necə aparmaq olar?


Pomidor süfrələrimizin imtina edilməz ləzzətlərindən biridir. Amma səhvən  paltara tökülən pomidor ləkələriylə qarşılaşmaq heç də xoş deyil.

paltarlardan-pomidor-lekesini-nece-aparmaq-olar
21.05.2024 22:46 2 dəq oxuma

TurpKimi.com  xalça, paltar və başqa səthlərdən pomidor ləkəsi ilə başa çıxmağın üsullarından yazacaq:

Evinizdəki xalçaya tökülən pomidor ləkəsini çox asan üsullarla apara bilərsiz:

Ləkəli yeri silməzdən əvvəl dərhal üzərini quru bir bez və ya kağız dəsmalla örtün. Bu ləkənin daha çox yayılmasına mane olacaq.

Ləkə çıxardıcı vasitəni ləkənin üzərinə püskürdün.

Ləkə çıxardıcını tətbiq etdikdən sonra 10-15 dəqiqə gözləyin və sonra asta hərəkətlərlə ləkəni silməyə başlayın.

Silmə əməliyyatı tamamlandıqdan sonra xalçanızı təbii olaraq qurumağa qoyun.

Qurumuş pomidor ləkəsini necə aparmaq olar?

Qurumuş pomidor ləkəsini aparmaq bir az çətindir. Ancaq  doğru üsullarla bu ləkəni də apara bilərsiniz:

İlk olaraq xalçadakı qalıqları qaşımaq üçün plastik bir bıçaqdan istifadə edin. Bu şəkildə ləkənin səthini düzəldib təmizlik üçün hazır vəziyyətə gətirirsiz.

İki stəkan ilıq suya bir xörək qaşığı qab şampunu əlavə edin və təmiz  mikrofiber bezlə ləkəli bölgəni silin.
Daha sonra ləkə itənə qədər ilıq su v nəə mli bir bezlə silmə əməliyyatına davam edin.
Əgər ləkə hələ də çıxmırsa, ləkəçıxarıcı ilə yenidən silin. 

Paltardan pomidor ləkəsi necə çıxar?

Əvvəlcə ləkəli paltardakı qalıqları yüngülcə təmizləyin.
Sonra qab şampununu  ləkəli bölgəyə tökün və bir neçə dəqiqə gözləyin, beləcə yuyucu ləkənin üzərinə təsir edir.

Paltarı paltaryuyan maşına qoyun və təlimatlara uyğun şəkildə (hər paltarın yuyulma dərəcəsi fərqlidir) ən yüksək temperaturda  yuyun.

Yuma əməliyyatı tamamlandıqda ləkənin yox olduğunu görə bilərsiniz. Əgər ləkə hələ də getməyibsə, proseduru təkrarlayın.

Vüsalə Əlövsətqızı,TurpKimi.com