Paltarları yuduqdan bir müddət sonra rəngləri solmağa başlayır. Bunun qarşısını almaq olurmu?
TurpKimi.com çoxlarının maraqlandığı bu suala elə maraqlı da cavab tapıb. Oxucularla paylaşdığımız bu ipucu qeyri-adi görünə bilər. Elə biz də təəccübləndik.
Hər parçanın özünə uyğun yuyulma qaydası var. Paltarların yuyulma qaydalarına düzgün əməl etmədikdə rəngi tez solur və ya tez süzülür. Bazarda paltarların keyfiyyətini uzun müddət qoruyacağı vəd edilən xeyli çeşiddə yuyucu tozları var. Bəzən bunlar da kifayət etmir.
Sən demə, paltaryuyan maşına qara istiot atmaq paltarın rənginin solmasını böyük nisbətdə önləyir.
GEYİMLƏRDƏKİ SABUN İZLƏRİNİ APARIR
Yuyucu tozları paltarları təmizləməklə yanaşı onlarda iz buraxır. Paltarın bir dəfə yuyulduqdan sonra bozarmasının səbəbi də yuyucu vasitədir.
BİR ÇAY QAŞIĞI QARA İSTİOTDAN İSTİFADƏ EDİN
Yuyucu tozun paltarlarınızı məhv etməməsi üçün qara istiotdan istifadə etmək möcüzələr yaradacaq. Bir çay qaşığı qara istiotu yuyucu tozu ilə qarışdırmaq rəngin solmasının qarşısını alır. Bir şeyi unutmayın. Paltarın yuyulma temperaturu nə qədər aşağı olsa rənglərin solmasının qarşısı bir o qədər alınar. Nizamlı olaraq tətbiq etdiyinizdə geyimlərinizdəki fərqi görəcəksiniz.
Qara istiot paltarların rənginin solmasının qarşısını necə ala bilər?
Qara istiotun tərkibində sabun və ya yuyucu tozun artıq hissəsinin paltara yapışmasını önləyən maddələr var.
Qara istiot geyimlərinizin rənglərinin bir-birinə qarışmasına mane olur.
QABYUYAN MAŞIN ÜÇÜN OLAN HƏBDƏN İSTİFADƏ EDİN
Qara istiotdan başqa arada bir paltaryuyan maşına bir qabyuyan maşın həbi atmaq çox faydalı olacaq. Mütəxəssislər paltaryuyan maşının tıxanmaması üçün ayda bir və ya iki dəfə qabyuyan maşın üçün olan həbdən istifadə etməyi təklif edirlər. Paltaryuyan maşını 90 dərəcəyə nizamlayın və həbi paltaryuyana ataraq bir müddət işlədin. Bu, paltar maşınınızın ömrünü uzadacaq.
Vüsalə Əlövsətqızı, TurpKimi.com