Paltaryuyan maşını ev şəraitində  necə təmizləmək olar? - 3 addım...


Paltaryuyan maşınınızı 3 addımda belə təmizləyin.

paltaryuyan-masini-ev-seraitinde-nece-temizlemek-olar
26.07.2023 22:33 2 dəq oxuma

Paltaryuyan maşınının içində yığılan kif, bakteriya və kirlər xoşagəlməz qoxulara və tam təmizlənməmiş paltarlara səbəb ola bilər. Məhz 3 sadə addımda paltaryuyan maşını özünüz təmizləyə bilərsiz.

TurpKimi.com evinizin ən sevimli  texnikasının ömrünü uzatmaq üçün necə təmizləyəcəyiniz haqda bəzi ipucları təqdim edir:

- Maşındakı  bəzi komponentlər suyu saxlamağa meyilli ola bilər, bu da maşınınızın kif bakteriyaları ilə dolması deməkdir. Maşınınızda kifin  yığılıb qalması xoşagəlməz qoxulara səbəb olur. Bəzi paltaryuyan maşınlar pis qoxunu xaricə atmır.

- Sərt su borularında kirəc və ərp yığıntılarının qalması  maşının daha yavaş işləməsinə səbəb olur. Kirəc təmizləndikdən sonra borular və maşın daha yaxşı işləyir.

- Rütubətli  bölgədə yaşayanlar daha diqqətli olmalıdırlar. Havadakı sabit rütubət maşın işə düşərkən və söndürülərkən onun tam qurumasına mane olur və rütubət pis qoxuların yaranmasına və kiflənməyə yol açır.

Gözəl ətirli və təmiz bir paltaryuyan maşına sahib olmaq üçün bu 3 sadə addımı tətbiq edin.

Addım 1: Sirkə ilə isti proqramda işlədin

 Yuyucu yerinə 2 stəkan ağ sirkə tökün,  isti proqramda və boş işlədin. Ağ sirkə paltarlara zərər verməz. İsti su və sirkə qarışığı bakteriyaları  öldürür və yaranmasının qarşısını alır. Bundan əlavə sirkə qoxu və kifin yaranmasının qarşısını alır.

Bundan əlavə 1 stəkan sirkə, 1 stəkan limon duzu, 1 stəkan soda töküb isti proqramda və boş işlətmək boruların da təmizlənməsinə səbəb olur.  

Addım 2: Daxilini və xaricini yuyun

 Bir vedrədə yarım  su stəkanı sirkəni ilıq su ilə qarışdırın. Süngər və ya fırça ilə  maşının içini bu qarışıq ilə təmizləyin. Maşının rezinləri çıxarılandırsa, ayrıca təmizləyin və fırça ilə sürtün. Yuyucu xəzinəsi çıxırsa, fırçalamadan əvvəl sirkəli suya batırın. Maşının kənarını da sürətlə silin.

Addım 3: İsti proqramda işlədin

 Maşınınızı yuyucu tozlar və ya sirkə olmadan da  isti proqramda, boş işlədin. Bakteriya və mineral yığıntısının qarşısını almaq və paltarlarınızın paltaryuyan maşından çıxanda təmiz olduqlarından əmin olmaq üçün 6 aydan bir paltaryuyan maşınınızı təmizləməlisiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com