Paltaryuyanı korlayan saç və tiftik probleminə sadə həll


Evdə paltaryuyan maşını tıxayan saç, tiftiklərdən qurtulmağın asan yolunu açıqlayırıq.  

paltaryuyani-korlayan-sac-ve-tiftik-problemine-sade-hell
24.07.2025 11:04 2 dəq oxuma

Paltaryuyan maşın həyatımızda olan  ən vacib cihazlardan biridir. Lakin saç, tük və kir yığıntıları maşının borularını tıxayır, nəticədə cihaz funksiyasını effektiv şəkildə yerinə yetirə bilmir.

Bəs, bu problemi aradan qaldırmaq üçün nə edə bilərsiniz?

Geyimlərdən, ev heyvanlarının tükündən və ya dəsmallardan gələn qalıntılar maşının filtirini tutur. Bu da   pis qoxulara səbəb ola və cihazınıza zərər verə bilər. Üstəlik bu üsullar o qədər sadədir ki, “Kaş bunu daha əvvəl biləydim” deyə bilərsiniz.

Paltarlarınızı yuyarkən onlara yapışan saç və heyvan tükləri sizi əsəbiləşdirsə də, həll yolu mətbəxinizdə ola bilər. Sadə bir plastik torba paltaryuyan maşınınızı xilas edə bilər. Etməli olduğunuz tək şey – boş paltaryuyan maşına təmiz plastik torba yerləşdirmək və üzərinə paltarları əlavə etməkdir.

Yuma zamanı bu torba saç və tükləri maqnit kimi özünə çəkəcək. Beləliklə, həm paltarlarınız təmiz qalacaq, həm də maşının filtrinin tıxanmasının qarşısı alınacaq. Plastik torba istifadə edərkən suyun temperaturunu 30 və ya 40 dərəcə ilə məhdudlaşdırmalısınız. Çünki yüksək istilikdə plastik yumşalıb cihazınıza zərər verə bilər.

Bu üsulu xüsusilə həssas parçalar və aşağı temperaturda yuyulan paltarlar üçün seçə bilərsiniz. Həmçinin torbanın içinə bir az yuyucu toz əlavə etməklə yuyucunun daha yaxşı əriməsini təmin edərək paltarlarda qalan ağ ləkə problemini də aradan qaldıra bilər.

Əgər paltarlarınızı daha yüksək temperaturda yumalısınızsa, o zaman sirkədən istifadə edə bilərsiniz. Sirkə – elektrostatik xüsusiyyətləri sayəsində saç və tüklərin parçalardan asan ayrılmasına kömək edir. Həmçinin parçaları yumşaldır, rənglərin solmasının qarşısını alır və paltaryuyan maşının içini təmiz saxlayır.

Bəs necə tətbiq etməlisiniz?

Paltaryuyan maşının yuyucu toz  hissəsinə adi yuyucu toz  əlavə edin və yanına yarım stəkan ağ sirkə tökün. Sonra uyğun yuma proqramını seçin və maşını işə salın. Yuma bitdikdən sonra paltarlarınızı maşından çıxararkən yüngülcə çırpın. Sirkə eyni zamanda paltaryuyan maşının içində yığılan kirəç və yuyucu qalıqlarını da əridərək cihazınızın ömrünü uzadır.

Daha bir sadə, amma təsirli üsul – qab yuma süngəri və ya bədən üçün istifadə edilən təmizləmə süngəridir. Bu üsul, xüsusilə ev heyvanı sahibləri üçün həyatqurtarıcı ola bilər. Təmiz bir süngəri paltaryuyan maşının barabanına qoyun, üzərinə paltarları əlavə edin və adi yuma proqramınızı işə salın. Yuma tamamlandıqdan sonra tüklərin süngərə yığıldığını görəcəksiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com