Pandemiya dövründə bəzi xəstəliklər azalıb - Həkim səbəbləri AÇIQLADI


Bəs hansı fəsadlara yola açıla bilər?

pandemiya-dovrunde-bezi-xestelikler-azalib
05.06.2020 14:43 1 dəq oxuma

"Pandemiya dövründə bəzi xəstəliklərdə kəskin azalma müşahidə olundu, lakin post-pandemiya zamanı müxtəlif xəstəliklərin yaranma ehtimalı qaçılmazdır".

Moderator.az xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. Həkim karantin dövründə bəzi xəstəliklərin azalmasına səbəb kimi insanların gigiyenik qaydalara əməl etdiyini göstərib:

“Karantin dövründə nəfəs yolu ilə keçən xəstəliklərdə ciddi azalma oldu. Bu da insanların bir-birləri ilə daha az təmasda olması, gigiyenik qaydalara əməl etməsi ilə bağlı oldu. Məhz tibbi maskalardan istifadə ilə qrip, tənəffüs yollarının problemləri azaldı, adenovirusların yayılmasının qarşısı alındı. Amma post-pandemiya dövründə müəyyən xəstəliklərin yaranması qaçılmazdır. Çünki İkinci Dünya müharibəsi zamanından sonra da “post-stress” adı altında  xeyli xəstəliklər ortaya çıxmışdı. Bu da mobilizasiya olunmuş orqanizmnin sonradan azadlığa çıxması ilə əlaqədar idi. İndidən pandemiya sonrası hansı xəstəliklərin yaranacağını demək bir qədər çətindir. Lakin şübhə yoxdur ki, ısısb və stress insanlarda müəyyən fəsadlara yol açacaq”.

TurpKimi.com