Pandemiya dövründə formada qalmağın yolları - Diqqət!


Pandemiya  dövründə xüsusilə evdə qalanlar balanssız bəslənməyə meyilli olduqlarına görə tez bir zamanda kökəlirlər.  

pandemiya-dovrunde-formada-qalmagin-yollari
19.12.2020 22:59 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki, Türkiyəli mütəxəssis Gökhan Taşpınar karantin dövründə formada qalmağın bəzi yollarından danışıb. 

"Bu dövrdə ümumiyyətlə, karbohidratla zəngin qidalar istehlak edilir, üstəlik hərəkətsizlik çəkinin artmasına səbəb olur.  Əslində qidalanmaya fikir vermək öz əlimizdədir. Bir az səy göstərməklə formada qala bilərik. 

Səhər naharı nizamlı edilməlidir. Yumurta, pendir, qoz və tərəvəzlə zəngin nahar bizi həm günə hazırlayar, həm də yağ yandırıcı bir payla başlamış olarıq. Evdə qaldığımız  bu günlərdə xəmir xörəkləri  və şəkərdən uzaq durmalıyıq. 

Günorta yeməyində ətli xörəklərə üstünlük verilə bilər.Ətli xörəklər zülalla çox zəngindir,  gec həzm edildiyinə görə uzun müddət bədəni tox tutur və  lazımlı enerjiyə sahib olmaq üçün idealdır.

 Axşam yeməklərini daha çox tərəvəzlərdən hazırlayın.Tərəvəzlərin asan həzmi mədəni çox yormaz və axşam yatarkən daha rahat  dincəlməyinizə kömək edər”. 

Karantin dövründə günümüzü evdə keçirtdiyimiz üçün ara paylara diqqətlə yanaşmalıyıq

 “Meyvə, qatıq, yulaf, quru meyvələr və çərəz insanı tox tutur, həm də yağları yandırmağa kömək edir. Gün ərzində  bol su istehlakı edilməlidir. Xüsusilə  bitki çayları, yaşıl çay yağları yandırmağa kömək edəcək.  

Çörək, makaron, xəmir xörəkləri  və şirniyyat mümkün olduqca az istehlak edilməlidir. Yağ yandıran və tox tutan qidalardan istifadə etməliyik. Yumurta, süd məhsulları (süd, pendir, qatıq), yağlı balıqlar (xüsusilə somon), avokado, çərəzlər (xüsusilə qoz və badam), kətan toxumu, yulaf, alma, armud, sirkə, yaşıl çay, darçın, zəncəfil, qırmızı bibər və Hindqozu yağı piyləri əridən, tox tutan qidalardır. Gün ərzində ara paylarda bu qidalardan istifadə edərək karantin dövründə artıq çəki yığmaqdan xilas ola bilərsiniz". 

Vüsalə Əlövsətqızı, Turpkimi.com