Parazitləri öldürmək sağlamlıq üçün təhlükəlidir. Bəs nə etməliyik?
Orqanizmdə parazitlərin olub-olmadığını insanın xarici görünüşü ilə müəyyən etmək mümkündür. Məsələn; sızanaqlar, seboreya, nahamar dəri, çillər, müxtəlif ləkələr, üzdə erkən yaranmış qırışlar, erkən saç tökülməsi, papillomalar, dabanda çatlar, dırnaqların qırılması və sair.
Qadınlarda parazitlərdən zədələnmələrin əlamətləri: yumurtalıqlarda iltihablanma, aybaşı pozulmaları, ağrılı aybaşı və qanaxmalı dövrlər, halsızlıq, fibroma, mioma, fibrokistik mastopatiya, böyrəküstü vəzlərin, sidik kisəsi və böyrəklərin iltihabı.
Kişilərdə parazitlərdən zədələnmələrin əlaməti: prostatit, impotentlik, adenoma, sistit, böyrək və sidik kisəsində qum və daşın yığılması.
Parazitlərlə mübarizə üsulları
Parazitləri məhv etmək təhlükəlidir, onları davamlı qovmaq və orqanizmdən təmizləmək lazımdır. Həmçinin kimyəvi yolla onların öldürülməsi və orqanizmdən təmizlənməsinin tərəfdarı deyilik, çünki bu yola özünüzə çox ciddi ziyan verə bilərsiniz.
Qurd və parazitlər isti temperaturu sevmirlər. Ona görə də xalq təbabəti parazitlərə qarşı müxtəlif yandırıcı, istilik verən vasitələrlə bədənin daxili orqanlarının istiliyini artırmağı məsləhət görür.
Sadalayacağımız bu bitkilərin yandırıcı dadı var və orqanizmə istilik verir. Bunlar mixək, xardal, zəncəfil, qırmızı bibər, soğan, sarımsaq, xrendir. Sadəcə hər zaman bunlardan yeyin.
Lakin hər şey normada olmalıdır. Çox yeyildikdə mənfi təsirləri yarana bilər.
Antiparazitar profilaktika
- Balqabaq toxumu: vaxtaşırı yeyin. İstifadə etməzdən əvvəl duzlu su ilə yumaq olar.
- Sarımsaq: səhərlər yarım saat ağzınızda saxlayın (həmin sarımsağı 2-4 hissəyə bölün)
- Mixək: gündə 1 ədəd çeynəyin
- Yerkökü: gündə 2 xörək qaşığı təzə sıxılmış kök soku için.
Orqanizmin parazitlərdən etibarlı şəkildə təmizlənməsi
DİQQƏT! Bütün parazit növlərinin təmizlənməsində heyvani zülallarddan (protein), süd və şəkərdən imtina edilməlidir. Parazitlər canlı proteinlərdir və öldükdə bədənə ağırlıq verir. Şəkər isə onlar üçün qidadır. Eyni anda onları həm zəhərləmək, həm də bəsləmək faydasızdır. Təmizləmə zamanı bol su için.
1 – Təzə cəfəri suyunu səhər ac qarına 2 çay qaşığı qəbul edin. Trixomonoz və xlamidiya kimi parazitlər üçün mükəmməl təbii vasitədir.
2 – 1 ədəd orta boy soğanı xırda-xırda doğrayın və üzərinə 1 stəkan qaynadılmış su tökün. 12 saat gözlətdikdən sonra süzün. 3-4 gün ərzində gündə 1 dəfə yarım stəkan içilir.
3 – Sarımsaqlı limon: 3 limonla 3 baş sarımsağı əzib birlikdə qarışdırın. Soyuducuda saxlayın. Gündə 2 dəfə - səhər və axşam yeməkdən əvvəl 1 çay və ya xörək qaşığı qəbul edin. Müalicə kursu qarışım bitənə kimidir.
4 – Mixək – İstənilən paraziti cəmi 1 ay ərzində orqanizmdən təmizləmək üçün istifadə ediləcək çox sadə üsuldur. Bunun üçün yeməkdən yarım saat əvvəl gündə 2-3 dəfə 2 ədəd mixəyi çeynəyib yemək və üzərindən təmiz su içmək lazımdır. Profilaktik müalicədən sonra da həftədə 2 dəfə mixəkdən bu üsulla istifadə etmək olar.
5 – Darçın – Mixəklə parazit əleyhinə eyni təsirə malikdir. Darçını da mixək kimi qəbul elmək lazımdır, lakin miqdarına gəldikdə, 1 çay qaşığı 18 hissəyə bölünüb qəbul edilir.
Mənbə: imbf.org
Firuzə Alimova / TurpKimi.com