Evdəki hər cür ayaqqabını sukeçirməz etməyin sadə, lakin yüz faiz təsirli bir yolu var.
Havalar istidir, hamımız daha yüngül və sərin olan parça ayaqqabılara üstünlük veririk. Qəfldən yağan yağışlarda küçədən gedən seli keçənə qədər islanırıq. Evdəki hər cür ayaqqabını sukeçirməz etmək olar.
TurpKimi.com sadə və yüz faiz təsirli yolu təqdim edir:
Bu üsulla artıq yağışlı havalarda ayaqlarınız islanmayacaq, parça ayaqqabılarınızı hər mövsümdə rahatlıqla geyə biləcəksiniz.
Ləvazimatlar:
- Bal mumu
- Saçqurudan fen
Hazırlanması:
İdman ayaqqabınızın kənarlarına bal mumu sürtün və fenlə qurulayın. Bu sadə əməliyyatla ayaqqabılarınız sukeçirməz xüsusiyyətinə sahib olacaq.
Bal mumu görünməz olduğu üçün ayaqqabınızın görünüşünü pozmayacaq, amma təsirli bir şəkildə sudan qoruyacaq.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
28-08-2019