Henri Desire Landru qadınların pulunu oğurlayıb öldürən Parisin ən məşhur canisi olub.
TurpKimi.com xəbər verir ki, Henri 12 Aprel 1869-cu ildə hamımız kimi adi bir ailədə doğulanda, gələcəkdə heç kəs onun bir cani olacağını, doğulduğu torpaqlarda qadınları qətlə yetirəcəyini bilə bilməzdi. Fəhlə atası və dərzi anasının sevgisi içindəki caniliyi, qəddarlığı yox edə bilmir.
Henri normal uşaqlar kimi böyüyür və əsgərliyə gedir. Əsgərlikdən qayıdan kimi də əmisi qızı ilə evlənir. Dörd də uşağı olur. Ancaq Henrinin içində böyük bir boşluq vardı. Əlini atdığı heç bir işdə uğur qazana bilmir. Özünə görə çarəni dələduzluqda tapır. Həyat yoldaşı onu qəbul edə bilmir və evi tərk edir. Henri uçurumun kənarında tək qalır. Qadınlara qarşı dəhşətli planlar hazırlayır. Parisin ən məşhur canisinə çevrilir.
İlk qəzet elanı
Henri qəzetə elan verir. Özünə təzə bir yoldaş axtarır və bir xanım onunla ailə qurmaq üçün zəng edir. 40 yaşlı xanım Izore var-dövlətli olur.
Çox keçmədən Henri qadının bütün pulunu əlindən alır və onu tərk edir. İzore Henridən polisə şikayət edir və Henri dələduzluqda ittiham edilərək həbs olunur.
Atası oğlunun etdiklərini qəbul edə bilmir və intihar edir. Ancaq Henri hələ yolun başında idi. Dələduzluq etməyə davam edir.
Henrinin yeni yolu
Henri həbsdən çıxandan sonra yeni planlar qurur.
Bu dəfə daha diqqətli olmalı, ardında dəlil qoymamalı idi. O da qadınları öldürmək yolunu seçir. Beləliklə də Henridən şikayət edəcək şəxs də qalmayacaqdı.
O qadınları toruna salma taktikasını dəyişmir. Qəzetə səmimi bir elan verir: "43 yaşında, iki uşaqlı, dul, yaxşı gəliri olan, şəfqətli, mehriban bir bəyəm. Oxşar xüsusiyyətlərə malik bir xanımla evlənmək istəyirəm".
İlk qurban
Sevgiyə ehtiyac duyan qadın çox idi. Elana cavab yağmağa başlamışdı. Henri aralarından ilk qurbanını seçdi; Madam Cuchet.
Henri və Madam Cuchet birlikdə yaşamağa başladılar. Henri bu "xoşbəxt ailə" tablosunu uzun müddət davam etdirmir. Qadınıödürür və bütün pullarını əlindən alır. Arxada isə heç bir iz buraxmır.
Henri həbs edilir
Henri hər dəfə eyni taktika istifadə edərək onlarla qadını öldürür. O qədər qüsursuz hərəkət edirdi ki, geridə heç bir iz buraxmırdı. Öldürdüyü qadınlardan birinin qardaşı bacısının ölümünün izinə düşür.Kələfin ucu açılmağa başlayır.
Henri məhkəmədə özünü elə cəsarətlə müdafiə edib ki, az qala ətrafdakılar da onun nə qədər aciz, günahsız olduğuna inanıb.
"Həyatıma girən qadınlarla bağlı danışmaq istəmirəm. İtkin düşüblərsə, mənimlə əlaqəsi yoxdur".
Henri nə qədər çabalasa da, məsuliyyətdən yayına bilmir. Məhkəmə onun edam edilməsinə qərar verir.
Henri məhkəmədə heç nə danışmadığına görə, öldürdüyü qadınların cəsədlərinin yerini bilən olmayıb.
Henriyə edam edilməmişdən əvvəl son istəyini soruşanda, sadəcə "Saqqalımı kəsməyin" deyib.
45 il sonra
Hadisədən 45 il sonra cəsədlərin harada saxlanıldığına dair sirrin üstü açılıb. Əslində bütün suallara cavabı Henrinin özü verib.
Həbsdə qaldığı otaqdada divardan asılan bir şəklin arxasında törətdiyi cinayətlərə dair bir etiraf yazıb: "Mən öldürdüyüm qadınların cəsədlərini yandırdım".
Vüsalə Əlövsətqızı, TurpKimi.com