Paxla yeyəndə bədənimizdə nələr baş verir?
Paxla bitki mənşəli zəngin zülal qaynağıdır, lif, fol turşusu, kalium vitamini anbarıdır. Bildiyimiz kimi, kalium orqanizmin maye balansının tənzimlənməsində xüsusi rol oynayır.
Paxla heç də həmişə hamıya fayda vermir. Parkinson xəstələri, irritabl bağırsaq sindromu yaşayanlar və favizm xəstəliyi olanların paxla istehlak etməsi təhlükəlidir.
Təzə paxlanın faydaları nələrdir? Kimlər paxla istehlak edərkən diqqətli olmalıdır? TurpKimi.com bu suallara aydınlıq gətirəcək.
Bəzi xərçəng növlərinə qarşı təsirli vasitədir
Paxla fitokimyəvi tərkibi çox zəngin olan bir tərəvəzdir. Tərkibində olan izoflavon döş xərçəngi kimi bəzi xərçəng növlərinə qarşı təsirlidir. Bu bəzi elmi araşdırmalarla da sübut edilib.
Tərkibində olan lif LDL xolesterolu aşağı salır, kolon bağırsağın sağlamlığını qoruyur, qan şəkərini nizamlayır, toxluq hissini artıraraq çəkini azaldır.
Təzə paxla ehtiva etdiyi C vitamini və fitokimyəvi maddələrlə immunitet sistemini gücləndirər.
Qırmızı ətə alternativ ola bilər
Paxla zülalla zəngindir. Xolesterol ehtiva etməməsi xolesterolu yüksək olanlar üçün qırmızı ətə alternativdir və vegeterianların (ətlə qidalanmayan) əsas qida qaynağıdır.
Kimlər paxla yeyə bilməz?
Təzə paxlada dopamin - l-Dopa var. Paxla yeyəndə beyində dopamin ifrazatı artır. Parkinson xəstəliyinin səbəbi isə beyində dopamin ifrazatının azalmasıdır. Buna görə diyetlərində təzə paxla olanların bu xəstəliyə tutulma riski azala bilər.
Ancaq Parkinson xəstəliyində istifadə edilən dərmanların faktor maddəsində də l-Dopa var. Paxla və dərman birlikdə istifadə edildiyi zaman çox doza alınmış dərman effekti verir. Parkinson xəstələri paxla yeyərkən mütləq həkimləri ilə məsləhətləşməlidirlər.
İrritabl bağırsaq sindromu olan fərdlərdə isə qaz yaradacağından diqqətlə istehlak edilməlidir.
Xalq arasında "paxla zəhərlənməsi"kimi tanınan favizm xəstəliyi olanlar, hamilə və körpələr paxla yeməkdən çəkinməlidirlər.
Vüsalə Əlövsətqızı, TurpKimi.com