Payız fəslinin daxil olacağı tarix və saat açıqlandı


Payız fəsli Azərbaycana sentyabrın 22-si daxil olacaq.

payiz-feslinin-daxil-olacagi-tarix-ve-saat-aciqlandi
18.09.2024 16:41 1 dəq oxuma

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından  verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.

Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq.

Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.

TurpKimi.com