Pendir kalsiumla zəngin və faydalı qidalardan biridir. Saxlanması təbii ki, çətindir.
20 il bundan qabaq pendiri duzlu suda uzun müddət saxlamaq olurdu. Amma indi sənaye mayaları pendirin saxlanma müddətinə də təsir edir. Yadımdadır ki, nənəm pendir mayasını xüsusilə hazırlayardı. Onun üçün qursaq, ərik qurusu, yumurta, lobya, noxud, kişmiş, alça qurusu, qarğıdalı və digər nemətləri bir balona töküb xeyli gözlədərdi.
Həmin mayadan hazırlanan pendirlər duzlu suda ovulmadan qalardı. İndi isə vəziyyət fərqlidir. Pendiri duzlu suya qoyanda bir həftəyə içində əriyir və boşalır. Ona görə də bəziləri pendiri elə quru halda, uzağı üstünü duzlayaraq hava keçirməz qablarda saxlayırlar.
Pendiri pir parça streç və bir ədəd kəllə qəndlə də saxlamaq mümkündür.
TurpKimi.com pendiri uzun müddət kiflənmədən saxlamağın qaydasını təqdim edir:
Pendirin üzərinə bir parça streç taxırsınız və onun üzərinə də kəllə qənd qoyursunuz.
Kəllə qənd rütübətlənmənin qarşısını aldığından pendir uzun müddət qalır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
21-10-2019