Mütəxəssis məsləhəti...
"Yay tətili mövsümündən əvvəl koronavirusa qarşı peyvənd vurdurmaq daha məqsədəuyğundur".
TurpKimi.com bildirir ki, bu barədə rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok “Sputnik” radiosuna müsahibəsində deyib.
Mütəxəssis qeyd edib ki, yayda insanlar davamlı hərəkət edir, böyüklər istirahətə gedir, uşaqlar yay tətilinə çıxır. Bu, ünsiyyətdə olma sayını artırır.
“Hər hansı bir səfərdə sizin və yaxın ətrafınızın mümkün koronavirus infeksiyasından qorunacağından əmin olmaq üçün təxirə salınmadan dərhal peyvənd vurdurmanız daha yaxşıdır”, - deyə o bildirib.
Oxu.az / TurpKimi.com