Peyvəndin iki dozasını vurduranlara sertifikat veriləcək


“Azərbaycanda növbəti mərhələdə, təxminən, 10 faizə yaxın əhali vaksinasiyadan keçib. Ölkədə 18 yaşdan yuxarı hamı vaksin oluna bilər. Bunu nəzərə alaraq yeni bir sənəd tətbiq olunur”.

peyvendin-iki-dozasini-vurduranlara-sertifikat-verilecek
25.05.2021 13:10 1 dəq oxuma

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib.

“Bu sənəd COVID pasport adlanır. O iki sertifikatdan ibarətdir. Birinci sertifikat peyvənd olunma sertifikatıdır. Peyvəndin iki dozasını alanlara icaze.e-gov.az portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılır. Həmin sertifikata hər bir vətəndaşın E-TƏBİB vasitəsi ilə çıxışı var. Eyni zamanda, icaze.e-gov.az portalında onu çap edib kağız formada özündə saxlaya bilər. Hər iki sertifikatın üzərində QR kod var. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq edilmir. Ona görə immunitet sertifikatı COVID-19 pasportu kimi hesab olunur”, - o bildirib. (Report)