“Pfizer” peyvəndinin yerinə insanlara su vurdular


Xəstələrin aqibəti..?

pfizer-peyvendinin-yerine-insanlara-su-vurdular
22.04.2021 10:38 1 dəq oxuma

Meksika və Polşada “Pfizer/BioNTech” peyvəndi olduğu iddia edilən saxta dərmanlar aşkarlanıb.

Bunu iki ölkənin yerli hakimiyyət orqanlarına istinadən “The Wall Street Journal” xəbər verib.

Qəzetin yazdığına görə, fevral ayında Meksikanın Nuevo Leon əyalətinin polisi insanlara saxta peyvəndin vurulduğu klinikanı aşkarlayıb. Nəticədə altı nəfər saxlanıb.

Ampullarda distillə edilmiş su olub. Peyvəndin bir dozası isə 1 000 ABŞ dollarına satılırmış. Artıq saxta peyvənd 80 nəfərə vurulub, lakin onların həyat və sağlamlıqları üçün təhlükə yoxdur.

Yanvar ayında Polşada aşkarlanan saxta peyvəndin içində qırışlara qarşı vasitə olub. “Peyvənd” bir şəxsin mənzilindən aşkarlanaraq müsadirə edilib, heç kim saxta peyvəndi ala bilməyib.

Report.az / TurpKimi.com