Piknik süfrələrinin bəzəyi - Dürmək necə hazırlanır?


Dürmək ən çox yay fəslində hazırlanır.

piknik-sufrelerinin-bezeyi
21.05.2024 19:36 2 dəq oxuma

Dürmək əsasən nazik çörəklərdən hazırlanır. Məhz lavaş, yuxa, fətir, şatır (səngah) və başqa nazik çörəklər dürməklər üçün uyğundur.  Müxtəlif məhsullar bu çörəklərin və ya tikələrinin üstünə qoyulub, səpilib, yaxılıb.  Sonra çörək silindr şəklində dürmələnib (bürmələnib). Bəzən adına “dürmə”,  “bürmə”, “bürmək” də deyilir. 

TurpKimi.com  bildirir ki, dürməkdə zövqə görə, aşağıdakılardan istifadə etmək olar. 

-yağ-pendir (qoz)

- qovurma

- qiymə

-şor-yağ

-yağ-bal

-pendir (keşniş, göy soğan, tərxun və ya reyhan)

ayrılıqda və ya birlikdə

- Cem-yağ

- bişmiş yumurta göyərti ilə

- qovrulmuş tərəvəz (kartof, badımcan, kabak və s.) göyərti ilə

Səhər yeməyi zamanı bal, qaymaq, xama, doşab, yağ, pendir, şor, süd,  qiymə, qayğanaq, bişmiş yumurta, mürəbbə, döyməc və s. mövsümündə üzüm, təzə qoz ləpəsi və pendir,  qatıq ayrılıqda və ya bunların ikisini,  ya da  daha çox qarışığını nazik çörəklərə  dürmələyib süfrəyə verirdilər, ya da ayaq üstə yeyilirdi. Oynamaqdan doymayan uşaqlar gəlib evdən bir dürmək alıb yenə küçəyə qaçardılar.  Yol gedəndə, iş vaxtı, yemək öynələrində də dürməkdən istifadə edilir. 

Əslində  dürməklər həm də dünyanın ən gigiyenik buterbrodları hesab edilə bilər. Yaxmaclardan,  sendviçlərdən daha üstündür. Müasir restoran biznesində  dürməkləri kiçik tikələrə doğrayıb,  çöplərə keçirdir və furşet süfrələrinə verirlər.

Materialda “İrəvan xanlığının bölgə mətbəxi” (Tahir Əmiraslanov, Oruc Əiyev, Aygül Əsgərova)  adlı kitabdan istifadə edilib. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

30-06-2022