Pis qoxulu tərləməyə səbəb olan  - 5 qida


Tər qoxusunun qarşısını almaq üçün hər cür vasitəni sınadınız, amma yenə də tərinizdən pis qoxu gəlirsə, başqa bir nüansa fikir verməkdə fayda var.

pis-qoxulu-terlemeye-sebeb-olan
25.12.2022 17:35 2 dəq oxuma

Ədviyyatlar,  hətta bəzi tərəvəzlər belə tər qoxusunun kəskin olmasına səbəb ola bilər. 

TurpKimi.com pis tər qoxusuna səbəb olan 5 qidanın adını açıqlayır:

1) Brokoli, kələm və gül kələmi 

Turpkimilər fəsiləsinə aid bitkilər bağırsaq sağlamlığınız üçün yaxşı təsir edə bilər,  ancaq tər qoxusu ilə bağlı heç yaxşı fikir demək mümkün deyil.  Brokoli, kələm və gül kələmi kimi tərəvəzlər tər vəzlərinə pis təsir edən kükürd ifraz edərlər. Bu tərəvəzlərdən merkaptan (iyrənc qoxulu rəngsiz bir qaz) adlı qaz ayrılır və rafinoz adı verilən bir növ lif ehtiva edərlər. Bu lif bağırsaqda parçalanmır. Nəticədə isə bakterial fermantasiyadan qaynaqlanan  qoxulu qaz istehsal edərlər. 

Bu da bütün bədəninizdən pis qoxuların  gəlməsinə səbəb olar. Qida mütəxəssislərinə görə,  bu tərəvəzlər bədən qoxusu üçün əsas problemdir. 

2) Qırmızı ət 

Vegeterianlar ət istifadə etmədikləri üçün bir çox problemdən uzaqda qalarlar. 2006-cı ildə nəşr olunan bir araşdırmaya görə,  ətsiz diyet tətbiq edən insanlarda tər qoxusu ətlə qidalanlara görə daha az gəlir. 


Buna səbəb qırmızı ətin çox çətin həzm edilməsidir. Qırmızı ətin həzm sistemində buraxdığı qalıqlar  pis qoxulara və tər yolu ilə çıxan toksinlərə səbəb olur.

3) Çəmən otu 

Çəmən otunun qan şəkəri və qanda yağı aşağı  salmaq da daxil olmaq üzrə sağlamlıq üçün bir çox faydasının olduğu sübut edilmişdir.

Ancaq toxumları və yarpaqları, ümumiyyətlə yemək hazırlanmasında  və dərman istehsalında istifadə edilən bitkinin qatı bir qoxusu vardır.

Bu qoxuya səbəb sotolon adlı maddənin  bədəndə həzm edilmədiyi  tər və sidiklə xaric olmasıdır. Bu qoxudan xilas olmağın tək yolu isə çəmən otu ehtiva edən basdırma və s. kimi yeməkləri yeməkdən imtina etməkdir.

4) Balıq 

Balıq ürək sağlamlığı üçün faydalı bütün omeqa-3 yağ turşuları ehtiva etdiyi üçün sağlam bəslənmə dedikdə  ağla ilk gələn qidalardan biridir. Ancaq bədən və tər qoxusu haqda bunu  demək mümkün deyil. 

Dəniz məhsulları əsas  vitamin olan kolin cəhətdən zəngin digər qidalarla birlikdə -inək südü, yumurta, paxla, şokolad və yer fındığı kimi - trimetilaminüri (balıq qoxusu sindromu) deyilən bir problemə  yol aça bilir.

Bu sindrom kolini parçalamaqda genetik çatışmazlığı  olan insanlarda müşahidə edilir  və bu da güclü bir balıq qoxusuna səbəb olur. Tək müalicə isə bütün bu yeməklərdən uzaq dayanmaqdır.

5) Qəhvə 

Araşdırmalar qəhvədə olan kofeinin tər  vəzlərini aktivləşdirdiyi  və həddindən artıq tərləməyə, bu səbəbdən də bədən qoxusuna səbəb olduğunu göstərmişdir.

Kafeinli içkilərdən uzaq durmaqla pis tər qoxularından da sığortalanmış olursunuz. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

13-05-2021