Avstraliyada evlərinin həyətində oyun oynayan iki azyaşlı uşaq ölkənin ən ölümcül, ən zəhərli ilanın hücumundan pişiyin köməkliyi ilə xilas ola bilib.
TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, uşaqlara hücum edən ilanı Arthur adlı pişik zərərsizləşdirə bilib. İlan "National Geographic" tərəfindən ölkənin ən ölümcül ilanı kimi adlandırılıb.
Arthur ilanla uzun sürən mübarizədən sonra onu öldürməyi bacarıb. Amma özü ilanın zəhərindən xilas ola bilməyib. Pişik bir gün halsız qaldıqdan sonra həyatını itirib. Evin sakinləri pişiyi ölü halda tapıblar.