Pişiklər sahiblərinin şəxsiyyətini əks etdirir.
Yeni bir araşdırmaya görə tüklü dostunuz düşündüyünüzdən daha ağıllı ola bilər.
TurpKimi.com xəbər verir ki, "PLOS ONE" jurnalında dərc olunan araşdırmaya görə, sərbəst olmaları ilə məşhur pişiklər xüsusilə xarici mühitlə maraqlanma, əsəbilik, emosionallıq kimi xüsusiyyətləri ilə sahiblərinin şəxsiyyətini təqlid edir.
3000 pişik və pişik sahibi iştirakçısı ilə aparılan sorğuda iştirakçıların şəxsi xüsusiyyətlərini ölçən müxtəlif suallar verilib. İştirakçılardan xarici mühitlə maraqlanma, səxavətlilik, vicdanlılıq ilə bağlı sualların cavabları tələb olunub.
Pişiklər sahibini təqlid edir
Sahiblərində daha dominant görünən bəzi xüsusiyyətlər pişiklər də müşahidə edilib. Məsələn, nevrotiklik kateqoriyasında daha yüksək xal alan sahiblər davranış problemləri sərgiləyən pişiklərə sahibdirlər. Özlərini xarici mühitə atan pişiklərin sahibləri isə daha sosialdırlar.
Bu araşdırma valideynin xüsusiyyətlərinin uşağın şəxsiyyətinə necə təsir edəcəyi barədə əvvəlki araşdırmalara uyğun gəlir.
Bir çox ev heyvanı sahibi ev heyvanlarını bir ailə üzvü kimi görür, onlarla yaxın sosial bağlar qurur. Beləliklə, ev heyvanlarının onlarla qarşılıqlı əlaqəyə girmə və onları idarə etmə tərzimizdən təsirlənməsi və hər iki amilin də şəxsi keyfiyyətlərdən təsirlənməsi mümkündür.
Vüsalə Əlövsətqızı, TurpKimi.com