İyul ayının 4-də Günəş sisteminin 9 planetinin hamısı Günəşdən bir istiqamətdə sıraya düzüləcək.
"Planetlər paradı" deyilən bu nadir və çox maraqlı hadisə son dəfə 1982-ci ildə baş vermişdi. Bundan sonra isə 2161-ci və 2492-ci illərdə olacaq.
İyul ayı boyu davam edəcək bütöv planetlər paradı tam şəkildə görünməyəcək. Belə ki, Uran, Neptun, Pluton çox uzaq olduqları üçün açıq gözlə görünmürlər. Mars, Yupiter, Saturn gecə vaxtı, Venera səhər saatlarında görünəcək, Merkuri isə Günəşə yaxın olduğu üçün görünməyəcək.
Ümumiyyətlə, planetlər paradı iki həftə ərzində insanlar tərəfindən müşahidə edilə biləcək.
Qeyd edək ki, Günəş və Ay tutulmalarından fərqli olaraq planetlər paradının vaxtı əvvəlcədən dəqiqliklə təyin edilə bilməz. //Report