Plastik qablardakı təhlükə - Tərkibindəki bu maddə gizlincə bədənə yerləşir


Plastiklərdəki kimyəvi maddələr bütün orqanlara zərər verir, xüsusən də kişilərdə...

plastik-qablardaki-tehluke
13.07.2019 00:42 2 dəq oxuma

Dövrümüzün ən bəlalı xəstəliklərindən olan xərçəng və sonsuzluq probleminə qarşı bütün xəbərdarlıqlara diqqət etməkdə böyük fayda var. Mütəxəssislərin son açıqlamalarına görə, plastik maddələr orqanizmimizə zərər verərək sağlamlığımızla oynayır. Plastik qablarda olan bir maddə kişilərdə sonsuzluğa, qadınlarda isə döş xərçənginə səbəb olur, digər orqanlarımıza da zərər verir. Bəs bu maddə hansı məhsullarda olur?

Su, hava və qida yolu ilə insan bədəninə girir

Dünyada plastik materiallar çox istifadə olunur. Şəxsi qulluq məhsullarından oyuncaqlara, təmizlik məhsullarından kosmetikaya qədər bir çox sahədə istifadə olunan plastik materiallar xəstəlikləri özləri ilə birlikdə gətirir. İstehsal sənayesinin bir çox sahələrində istifadə olunan bu maddə su, hava və qida yolu ilə insan bədəninə daxil olur.

"Plastik" xəstəlik

Günəş, istlik, külək, hava, mikroorqanizmlər kimi əlavə təsirlər  plastik maddələrdən mikroplastiklərin yaranmasına səbəb olur. Mikroplastiklər diametri 5 mm-dən az olan plastik hissəciklərdir. Harda plastiklər varsa, orda mikroplastik maddələr də var. Təbiətə atılan hər hansı tullantı  maddə hava, su və qida yolu ilə insan bədəninə geri qayıdır.

Böyrəklərə zərər verir

Mikroplastik maddələr bədənin əsas həyati orqanlarına da zərər verir. Qanla birlikdə dövran edərək qaraciyər, böyrək, bağırsaq və beynin sağlamlığını pozur. Xəstəliklərə səbəb olaraq ömrü qısaldır.

Sonsuzluğa səbəb olur

Plastiklər insan bədəninin iş prinsipini pozur. Bir müddətdən sonra yağ hüceyrələrinin yaranmasına zəmin yaradaraq piylənməyə gətirib çıxardır. Spermanın sayını azaldaraq sonsuzluq yaradır. Prostat xərçəngi riskini də artırır. Bundan başqa, beyindəki aclıq və toxluq sinir mərkəzlərinə təsir edərək metabolizmanı yavaşladır.

İşlənmiş qidalarda daha çoxdur

Heyvani məhsullardan balıq, ət, süd məhsullarında və sularda mikroplastik maddələr olur. Dəniz duzları xaric olmaqla qaya duzunda belə mikroplastiklərin olduğu bildirilir. İşləmiş qidaların plastik qablaşmalarında bol miqdarda mikroplastik maddələr, polimer, rəngləndirici və dolğu maddələr yer alır. Bu kimyəvi maddələr müəyyən vaxtdan sonra qidaların tərkibinə sızır. Plastik kimyəvi maddələr sulara, ordan balıqlara və bu sulardan içən heyvanlara, nəhayət insana keçərək bədənə yerləşir.

Firuzə Alimova / TurpKimi.com