Plastik su qablarından istifadə edən, analar - DİQQƏT - TƏHLÜKƏLİDİR!


Ana olmaq istəyən və hamilə qadınlar daha diqqətli olsunlar.

plastik-su-qablarindan-istifade-eden-analar
18.08.2019 22:01 1 dəq oxuma

Doğum və Qadın Xəstəlikləri üzrə həkim Dr.Ayşə Solaroğlu plastik su qablarının hazırlanmasında istifadə edilən Bisfenol A-nın (BPA) təhlükəli nəticələrə gətirib çıxara biləcəyini açıqlayıb.

Həkim ana olacaq kəslərin plastik su qablarında saxlanılan sudan içməməsini məshələt görüb. Çünki BPA ana bətninin divarına mənfi təsir edərək qan axınını azaldır və uşağın orda qalmasını çətinləşdirir.

Bundan başqa, hüceyrə quruluşunu pozur. Bu isə düşüklərə və erkən doğuma yol aça bilir. Aparılan araşdırmalara görə, BPA sonsuzluq və autizm kimi səbəblərə də yol açır.

Təmiz su və şüşə qab məshələtlidir

BPA müəyyən sərhədlər çərçivəsində insan sağlamlığına zərər vermir. Lakin plastik məhsullardan istifadə getdikcə artmağa başladığı üçün gündəlik doza aşılmış olur. Bu sərhəddin keçilməsi gələcəkdə ana olacaq kəslərə və hamilə qadınların bətnindəki uşaq üçün təhlükəlidir. Həkim Solaroğlu bildirib ki, ana bətnindəki uşaqların qara ciyəri həddi keçən BPA ilə mübarizə apara bilmir.

Ona görə də analar özlərinin və doğulacaq körpələrinin sağlamlıqlarını düşünmək məcburiyyətindədirlər. Odur ki, plastik qabda olan suyu alarkən mütləq altında yazılan rəqəmlərə baxın. Tərkibində BPA olan, 3 və 7 rəqəmləri yazılan plastik su qablarından uzaq durun.

Firuzə Alimova / TurpKimi.com