Yarı robot uşaqlar...
Okeanların ən dərinliyində plastiklərin tapıldığını eşitdik, amma aparılan bu araşdırmadan sonra onların tapılmayacağı yerin olmadığını öyrənəcəyik.
TurpKimi.com xəbər verir ki, “Environment İnternational” jurnalında yayımlanan məlumatda mikroplastiklərin hələ dünyaya gəlməmiş uşaqların plasentalarına qədər gedib çıxdığı qeyd edilib.
Araşdırmaçı alimlər mikroplastiklərin doğulmamış uşaqların plansentalarına qədər girməyi bacaran şokedici məlumatlar əldə ediblər. Əldə edilən nəticələr təbii doğuş edən 4 sağlam qadının hamiləliyini araşdıran alimlər tərəfindən kəşf edilib.
“Plasenta fetusun inkişafını dəstəkləyir və xarici mühitlə əlaqədə mühüm rol oynadığı üçün orada zərərli plastik hissəciklərin olması problemdir. Mikroplastların immun sisteminə təsir edib-etməyəcəyini və ya zəhərli çirkləndiriciləri sərbəst buraxıb nəylə nəticələnə biləcəyini dəyələndirmək üçün daha çox işlərin görülməsinə ehtiyac var”, - məlumatda qeyd edilib.
Məlumata görə, hər plasentanın yalnız 4 faizi analiz edilib və alimlər təxminən 10 plastik parçalar tapa bilib. Hələ ki, ana və körpənin sağlamlığına göstərə biləcək təsir bəlli deyil, ancaq kimyəvi maddələrdən hazırlanan hissəciklər heç də yaxşı bir şey ola bilməz.
Tapılan hissəciklər isə mavi, qırmızı, narıncı və ya çəhrayı rəngdə olub. Bunların anaya qablaşdırma, boya, kosmetik vasitələr və ya şəxsi qulluq vasitələrindən keçə biləcəyi düşünülür.
Aradırmanı aparan Antonio Ragusa bunları deyib: “Bu yarısı robot olan uşağa sahib olmaq deməkdir. Artıq uşaq sadəcə insan hüceyrələrindən deyil, bioloji və qeyri-üzvi varlıqların qarışığından ibarətdir”.
Yazılıb: 26.03.2021-ci ildə
Firuzə Alimova / TurpKimi.com