Plov yeməyi xoşlayanlar - Zəhərlənə bilərsiz


Artımlı düyü yeməyini təkrar isitmək qida zəhərlənməsinə səbəb ola bilər. 

plov-yemeyi-xoslayanlar
30.03.2019 22:38 1 dəq oxuma

TurpKimi.com  xəbər verir ki, aparılan yeni araşdırmalara görə dünəndən qalmış plovu, düyü yeməyini isidib yemək sağlamlığa zərərdir.  
 
Şimali Karolina Universitetindən Ərzaq Təhlükəsizliyi üzrə  mütəxəssis Benyamin Çapmana görə,  düyü bişirdikdə düyüdə olan "bacillus cereus" mikrobu ölməyə bilər. Torpaqda və qidalarda olan bu bakteriyanın bəzi növləri qida mənşəli xəstəliklərə və ən təhlükəlisi də qida zəhərlənməsinə səbəb ola bilər. 


 
Bişirmə zamanı ölməyən bakteriya otaq temperaturunda saxlanıldıqda inkişaf etməyə və hətta çoxalmağa başlayır. Plovda olan su və kiçik mikroorqanizmlər bakteriyaların inkişafı üçün əlverişli şərait yaradır. İnkişaf edən bakteriyalar toksinlər buraxır. Bu toksinlər arasında temperatura dözümlü toksin də var.

Plovdan zəhərlənməməyi istəyirsinizsə, bişdikdən sonra soyuducuda saxlayın. Plov bişirildikdən sonra,  2 saat ərzində soyuducuya qoyulmalıdır.
 
Aparılan araşdırmaya görə, plov ya 63 dərəcənin üstündə olmalı, ya da soyuducuda saxlanmalıdır. Orta temperaturda qalması qida zəhərlənməsinə səbəb ola bilər.

Vüsalə Əlövsətqızı,  TurpKimi.com