Qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən iki azyaşlıdan birinin həyatını xilas etmək mümkün olmayıb.
Mərkəzin Mətbuat xidmətindən verilən məlumatına görə, uşaqlar bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-ə gətirilib.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə 12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri 2019-cu il təvəllüdlü X.F. 13:08-də vəfat edib. Digəri 2013-cü il təvəllüdlü M.F. reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalmaqdadır.
Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər.