Yeməklərə xüsusi dad verən pomidorları uzun müddət çürüməkdən mühafizə etmək mümkündür.
Yay fəslində yeməklərə xüsusi dad verən pomidorları saxlamaq da çətin olur. Çünki tez çürüyürlər, xarab olurlar.
TurpKimi.com bu zərif tərəvəzləri bacardığınız qədər uzun müddət saxlamağın yolundan yazacaq.
Pomidorların tez çürüməsini önləmək üçün özəyi yəni, tağdan qoparılan hissəsi aşağıda qalmalıdır. Çünki pomidorların qoparıldığı yerdən içəriyə nəm və hava girdiyi üçün pomidorlar çürüyür.
Pomidorlar tərs çevirərək qoyulduğu zaman qoparıldığı yerdən nəm və hava girmir.
Bundan əlavə pomidorlar otaq temperaturunda saxlandığında soyuducudan daha uzun müddət qalır, tez çürümür.
Vüsalə Əlövsətqızı, TurpKimi.com