Prezident övladlığagötürmə ilə bağlı fərman imzaladı


Azərbaycanda “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi noyabrın 1-dən fəaliyyətə başlayacaq.

prezident-ovladligagoturme-ile-bagli-ferman-imzaladi
03.06.2019 20:30 1 dəq oxuma

TurpKimi.com AzərTac-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli fərmanda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını təmin etmək məqsədilə nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını və 2019-cu il noyabrın 1-dən fəaliyyətə başlamasını təmin edəcək.

Bundan əvvəl altsistemin yaradılması və fəaliyyətə başlaması 2019-cu il iyunun 1-nə nəzərdə tutulmuşdu.