Prezident vaksinasiya ilə bağlı açıqlama verdi


Prezidenti MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında iştirak edib.

prezident-vaksinasiya-ile-bagli-aciqlama-verdi
18.12.2020 15:19 1 dəq oxuma

“Vaksinasiya proqramının növbəti ilin əvvəlində başlanacağı planlaşdırılır. Vaksinasiya könüllü və dövlət hesabına olacaq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.

“Keçmiş aylar ərzində aparıcı vaksin istehsalçıları ilə danışıqlar aparılıb. Bunlar “Sputnik V”, “AstraZeneca”, “Sinopharm” “SinoVac”, “Moderna”, “Pfizer-BioNTech”dir”, - dövlət başçısı əlavə edib.

Report.az / TurpKimi.com