Prezidentdən Təhsil naziri ilə bağlı yeni təyinat


Emin Əmrullayev Təhsil naziri təyin edildi.

prezidentden-tehsil-naziri-ile-bagli-yeni-teyinat
27.07.2020 13:07 1 dəq oxuma

Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

TurpKimi.com bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, E.Əmrullayev bu günə qədər nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycanın yeni təyin olunan Təhsil naziri Emin Əmrullayevin tərcümeyi-halı açıqlanıb.

DOSYE

 E.Əmrullayev 1982-ci ildə anadan olub.

1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb. 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib. 

Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib. 

2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından bugünədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib. 

Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir.

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 27-də imzaladığı sərəncamla E.Əmrullayev Təhsil naziri təyin edilib.