İndoneziyanın paytaxtı Cakartada məmurlar hava kirliliyinin qarşısını almaq üçün görülən tədbirlər çərçivəsində evdən işləyəcək.
"Bloomberg"in xəbərinə görə, Cakartanın müvəqqəti qubernatoru Heru Budu Hartononun göstərişi ilə dövlət işçiləri şəhərdəki hava kirliliyinin qarşısını almaq üçün evdən işləyəcək.
TurpKimi.com xəbər verir ki, işçilərin yarısı, bu gündən etibarən 2 ay, 25 faizi isə sentyabrdan oktyabrın 21-nə qədər işlərini evdən görəcək.
İşçilərin bu qanundan sui istifadə etməməsi üçün sərt tədbirlər görüləcək.
Bu qərarın verilmə səbəbi İndoneziyanın dövlət başçısı Joko Vidodonun son həftələrdə öskürək krizi keçirməsidir.Paytaxtdakı hava kirliliyi çox olduğundan bronxlarda problem yaranır.
Dövlət nümayəndələri paytaxtı ağuşuna alan çirkli havanın sentyabrın 5-7-də keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının zirvə görüşünə kölgə salmasından narahatdır.
Hökumət ətraf mühit kirliliyi vergisi almağı və fabriklərdə yoxlamalara başlamağı planlaşdırır.
10 milyon əhalisi olan paytaxt Cakarta havanın keyfiyyətini ölçən IQAir şirkəti tərəfindən hava kirliliyi ən yüksək olan şəhər seçilib.
Vüsalə Əlövsət qızı, TurpKimi.com