Psixoloji sağlamlıqlarında problemləri olan - MƏŞHURLAR


Çox məşhurdurlar, amma bəzən sağalmaz problemlər yaşayırlar...

psixoloji-saglamliqlarinda-problemleri-olan
22.04.2021 02:44 2 dəq oxuma

Devid Bekham

Keçmiş futbolçu Devid Bekham artıq neçə ildir obsesif-kompulsif pozulma kimi bilinən psixoloji xəstəlikdən əziyyət çəkir. İdmançının xəstəliyi ətrafdakı dağınıqlığın idarəolunmaz qorxusudur. Nəhəng evindəki bütün əşyaların öz yerində olmadığını düşünmək futbolçunu rahat buraxmır.

Ketrin Zeta-Cons

Hollivudun ən gözəl qadınlarından biri olan Ketrin Zeta-Cons uzun illərdir “bipolyar pozulma” adlanan daxili duyğusal tarazlığı idarə etməyə çalışır. Aktrisa etiraf edir ki, hərdən vəziyyəti eyforiyadan uçuruma düşmək hissinə qədər davamlı dəyişir. Bir neçə dəfə xəstəxanaya yerləşdirilsə də, xəstəliyi ondan əl çəkməyib. Ondakı problemlə bağlı səmimi olan aktrisa “yardım istəməkdə heç bir ayıb yoxdur” sözlərini də işlədib. Əri Maykl Duqlas həmişə onun yanındadır.

Cim Kerri

Hollivudun ən çox müraciət edilən komediya aktyorlarından biri olan Cim Kerri istedadının əvəzini ciddi əqli uyumsuzluqlarla ödəyir. Uşaqlıqdan ona hiperaktivlik və diqqət əksikliyi diaqnozu qoyulsa da, Kerrinin davranışları, üz ifadələri onun karyerasında inanılmaz izlər qoyub.

Elton Con

Bulimiya adlı psixoloji xəstəlikdən əziyyət çəkib. Səhnə ulduzlarında tez-tez rast gəlinən xəstəlik beyinlə əlaqədardır. Xəstəlik, yüksək kalorili qidaların dayanmadan qəbul edilməsi ilə xarakterizə olunur. Daha sonra xəstə qaytarmağa başlayır. Dünya şöhrətli müğənni və bəstəkar ötən əsrin 90-cı illərində bulimiyadan əziyyət çəkib.

Mel Gipson

Aktyor öz cinləri tərəfindən əsir götürülüb. O, manik-depresiv psixozdan əziyyət çəkir. Eyni zamanda aktyorun qanunlar və psixotrop maddələrlə bağlı ciddi problemləri var. Aqressiyaya və dərin sıxıntıya meyillidir. Mel Gipson daim həkim və psixoterapevt nəzarəti altındadır və özünü idarə edə bilmək üçün dərman qəbul edir.

Mənbə: topnews.ru

Firuzə Alimova / Turpkimi.com