Pul ödəmək üçün bu portala daxil olmayın


Bu portala daxil olmayın - DÖVLƏT XİDMƏTİ XƏBƏRDARLIQ ETDİ

pul-odemek-ucun-bu-portala-daxil-olmayin
25.10.2023 21:45 1 dəq oxuma

Kiberdələduzlar tərəfindən "milliodeme.net” saxta ödəniş portalı yaradılıb. Portal vasitəsilə vətəndaşlara kommunal ödənişlərin həyata keçirilməsi vədi verilir.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Vətəndaşlardan, portalda qeyd olunan bölmələrə daxil olduqdan sonra onlardan ilk növbədə abonent kodunu, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-səhifələrə etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, yalnız rəsmi ödəniş portalları vasitəsilə ödəniş etməyi məsləhət görür.