7 yaşına qədər bütün uşaqlara pul çatacaq.
Vladimir Putin Yeni ildə 7 yaşına qədər hər bir uşağa 5 min rubl (təxminən 70 dollar) paylayacaq. O bu barədə illik mətbuat konfransında bu haqda məlumat verib.
“Bu il, təəssüf ki, epidemioloji məhdudlaşdırma ilə bağlı uşaqların şənlik tədbirləri ləğv olunub. Bayram isə, əlbəttə, istənilən halda qeyri-adidir. Qərara gəldik ki, ölkə və dövlət olaraq uşaqlara hədiyyə edək”.
Ödəmələr zamanı ailələrin sosial durumu nəzərə alınmayacaq. Yəni 7 yaşına qədər bütün uşaqlara pul çatacaq.
Rusiyada ümumilikdə 12 milyon uşaq üçün 5 min rubl ödənəcək. Ödəmələrə 60 milyard rubl (təxminən 800 milyon dollar) gedəcək.
Bizimyol.info / TurpKimi.com