Qabarıq saçlarla necə mübarizə aparmalı?


Saçlarınız çox qabarıqdırsa, bu tövsiyələr sizə görədir! Ekspert məsləhətlərini nəzərə alın, fərqi görün!

qabariq-saclarla-nece-mubarize-aparmali
28.05.2025 11:47 2 dəq oxuma

Saçların təbii quruluşu və sağlamlığı yay fəslində daha çox sınağa çəkilir. Günəş şüaları, dəniz suyunun duzu, hovuzlardakı xlor və artan rütubət saç tellərinin quruluşunu dəyişir; kütikül qatını açaraq saçın daha məsaməli və nəmi çəkən şəkildə formalaşmasına səbəb olur. Nəticədə isə idarəolunmaz şəkildə qabaran, solğun və elektriklənən saçlarla qarşılaşırıq.

TurpKimi.com qabarıq saçı olanlar üçün mütəxəssis məsləhətlərini bir yerə toplayıb. 

Lakin bu qabarıqlıq, düzgün qulluq üsulları düzələ bilər.  Yay aylarında saçlar təkcə qorunma deyil, eyni zamanda nəmləndirici və bərpaedici qulluq da tələb edir. Saçın sağlam görünməsi üçün qabarıqlığı yatışdırmaq yerinə  onu idarə etmək vacibdir.

Yuyulma vərdişlərini gözdən keçirin

Düşünülənin əksinə saçları az yumaq həmişə daha sağlam olmur. Havanın çirkliliyi, tərləmə və istifadə olunan saç məhsulları saç dərisində yığıntılara səbəb ola bilər. Bu yığıntılar saçın nəmlik balansını poza bilər.

Saç tipinə görə yuyulma tezliyini tənzimləmək vacibdir. Yağlı saçlar daha tez-tez, quru və dalğalı saçlar isə daha seyrək yuyulmalıdır. Yuyulma zamanı istifadə olunan şampun və saç kremi saçın qabarıqlığına birbaşa təsir edir. Tərkibində sulfat olmayan, nəmləndirici tərkibli məhsullara üstünlük verilməlidir.

Dərin nəmləndirmə vacibdir!

Günəş işığı, dəniz suyu və xlor saç tellərini qurudur. Bu quruluq saçın qabarmasına və qırılmasına səbəb olur. Buna görə yay boyunca həftədə bir neçə dəfə nəmləndirici maskalardan istifadə etmək lazımdır.

Tərkibində qliserin, aloe vera, şi yağı olan vasitələr  saçın nəmi saxlamasını gücləndirir. Bundan əlavə, saç uclarını qorumaq üçün durulanmayan baxım məhsulları və təbii yağlar da effektivdir. Bu məhsullar saç tellərini örtərək qabarıqlığı azaldır və saçların daha yumşaq görünməsini təmin edir.

Saçı qurulamaq tərzi

İslaq  saç daha kövrək olur. Bu səbəbdən saçları dəsmalla sərt şəkildə qurulamaqdan çəkinməli, əvəzinə mikrofiber dəsmaldan istifadə edərək yumşaq şəkildə qurulamalısınız.

İsti fen və ya düzləşdirici istifadə ediləcəksə, mütləq istilikdən qoruyucu məhsullar tətbiq edilməlidir. Aşağı temperaturda qurutmaq və saçın təbii şəkildə qurumasına vaxt vermək lazımdır. Bütün bunlar  saçın quruluşunu qorumaqda böyük rol oynayır.  

İslaq saçları darayın, düzgün daraq seçin

İslaq saç daha elastikdir və bu, daranmanı asanlaşdırır. Lakin bu prosesi də diqqətlə yerinə yetirmək vacibdir. Geniş dişli daraqlar və ya elastik fırçalar daha uyğundur.

Saç kremi və ya düyün açıcı spreylər istifadə edərək daranma prosesisini asanlaşdıra bilərsiz. Bu həm düyünlərin qarşısını alır, həm də saçın təbii formasını qoruyur. Az müdaxilə ilə maksimum nəticə əldə etmək saç sağlamlığı baxımından ən ideal yanaşmadır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com