Qab süngərlərini qab-qacaq yumaq xaricində bir çox praktik iş üçün də istifadə edə bilərsiniz.
TurpKimi.com onlardan bəzilərini təqdim edir:
Qab süngəri hər evə lazımdır və hər evdə var. Hətta 1 paket əlavə olaraq alınır.
Siz həm də köhnəlmiş süngərlərdən də yararlana bilərsiz.
Nəmləndirilmiş süngərin üzərinə bir az soda töküb soyuducuya qoyaraq pis qoxuların qarşısını ala bilərsiniz. Burada bir şeyə diqqət etməlisiniz. Süngər tamamilə yaş olmamalıdır, yalnız nəmləndirilməlidir. Bu nəmin köməyilə soda soyuducunun içində yaranan pis qoxuları qısa bir müddətdə yox edəcək.
Soyuducunun tərəvəz qoyduğunuz gözünə süngər qoyaraq tərəvəzlərin ömrünü uzada bilərsiniz.
Çünki tərəvəzlər soyuducuda qalanda sulanar və bu su onların daha qısa müddətdə xarab olmasına səbəb olar. Süngəri qoysanız, süngər suyu çəkəcək və tərəvəzlər daha uzun müddət tər qalacaq.
Süngəri tez-tez dəyişdirməyi, suyunu sıxmağı və dezinfeksiya etdikdən sonra yenidən istifadə edə biləcəyinizi də unutmayın.
Saxsı qabda bitki yetişdirəcəksinizsə, saxsının ən alt qisminə bir süngər qoyaraq bitkinin su ehtiyacını daha asan qarşılaya bilərsiniz.
Süngərin qalın, ya da incə olması çox da fərq etməz, əgər sərt tərəfi olan süngərlərdən istifadə edirsinizsə, ümumiyyətlə yaşıl rəng olan bu sərt qismi ayırın və süngərin geri qalan qismini boş saxsının ən alt hissəsinə yerləşdirin.
Beləcə siz hər gün sulamağa vaxt tapmayanda belə süngərdə yığılan su sayəsində bitki uzun müddət qurumayacaq.
Bitki toxumlarını nəmli və təmiz bir süngərdə sürətlə cücərdə bilərsiniz.
Evdə bitki yetişdirməyi sevirsinizsə, heç istifadə etmədiyiniz təmiz qab süngərinin yumşaq qisminə toxumları yerləşdirin və süngəri həmişə nəmləndirməyi unutmayın. Toxumların dərhal cücərməyə başladığını görəcəksiniz.
Cücərən bitkini sonra saxsıya yerdəyişmə edin.
Tez tüklənən qışlıq geyimlərinizi süngərlə təmizləyə bilərsiniz.
Çox istifadə edilməkdən köhnəlib tüklənən geyimləriniz varsa və ya ev heyvanlarının tükü paltarlarınıza yapışıbsa, nəmli süngərlə bu tüklərdən xilas ola bilərsiniz.
Əgər paltarlarınız çox həssas deyilsə və tüklər təmizlənmirsə, süngərin sərt tərəfi ilə yüngül hərəkətlərlə tükləri təmizləyin.
Eyni əməliyyatı xalça, kilim kimi ev əşyalarınız üçün də tətbiq edə bilərsiniz.
Müxtəlif məişət qəzalarında insanın əli, ayağı, başı harasa dəyib göyərə bilər. Bu hal hər evdə yaşanır. Deyəssiz ki, süngərin bura nə dəxli?
Süngərdən buz torbası kimi istifadə edəcəyik. Süngəri yaş edin, buzxanaya qoyun. Buz kimi elə dərhal ərimir, uzun müddət soyuq qalır və soyuq kompresslərdə asanlıqla istifadə edilə bilər.
Dalğalı saçlar istəyirsinizsə, evdə də biqudi, ya da saç maşası yoxsa qab süngəri köməyinizə çatacaq.
Süngərdən biqudi kimi istifadə edə bilərsiniz. Hətta dalğalı saç istəyirsinizsə fenlə isidərək buna nail ola bilərsiniz.
Oxlov və mərdanə kimi tez-tez istifadə etdiyiniz və əli ağrıdan əşyalara süngər taxaraq rahat işlədə bilərsiniz.
Sadəcə olaraq əllərinizlə tutduğunuz qismə qab süngərindən kəsəcəyiniz parçaları yapışdırın.
Uzun müddət diz üstə iş görürsünüzsə, dizləriniz ağrımasın deyə qab süngərindən istifadə edin. Dizlik kimi çox işinizə yarayacaq.
Həm dizləriniz ağrımayacaq, həm də paltarlarınızın diz qismində ləkələr yaranmayacaq.
Bir qabın içinə süngər və aseton qoyaraq dırnaqlarınızdakı lakları daha asan çıxara bilərsiniz. Pambıqda aseton tez, süngərdə isə gec uçur.
Dırnaqlarınızı süngərə salıb-çıxardığınızda lakların asanlıqla təmizləndiyini görəcəksiniz. Təbii ki, arada süngəri dəyişdirməyi də unutmamalısınız.
Hər hansı bir səthi rəngləmək lazım olsa süngərlə rəngləyərək hamar səthlər əldə edə bilərsiniz.
Həqiqətən hamar boyanmış divarlar, ya da əşyalar istəyirsinizsə süngərdən yaxşısı yoxdur.
Süngərin sərt qismini ayırın və qalan yumşaq qismi boyaya salın, yaxşıca boyanı əmdiyindən əmin olduqdan sonra qorxmadan boyamağa başlayın.
Süngərlərlə uşaqlarınıza əyləncəli və zərərsiz oyuncaqlar hazırlayın.
Uşaqlarınızın sərt və zərərli oyuncaqlarla özlərinə zərər verməsindən qorxursunuzsa, süngərlərlə gözəl oyuncaqlar düzəldin.
Ağzı dar və dərin olan qab, şüşə və vazlarınızı təmizləmək üçün süngərdən istifadə edə bilərsiniz. Süngəri uzun çubuqla, ya da pipetlə qabın içində gəzdirə bilərsiniz. Boş vaxtınızda çubuqlara, ya da pipetlərə süngərdən kəsib kiçik hissələri yapışdırın. Tez lazım olanda da istifadə edin.
Masanın üstü cızılırsa, qabınızın altına süngər yapışdırın.
Beləcə masalarınız cızılmaz, altına süngər yapışdırdığınız əşyalarınız da süngərə görə aşmadan dayanar. Çünki süngərin həcmi, üzərinə ağırlıq gələcəyindən kiçilər və əyri dayanmasına səbəb olmaz. Əlbəttə, bu nöqtədə süngərləri bərabər ölçülərdə və eyni aralıqla yapışdırmaq da olduqca əhəmiyyətlidir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 09-05-2021