Qablaşdırılmış su kran suyundan daha təhlükəlidir - Alimlər


Yəni plastik qablarda olan su...

qablasdirilmis-su-kran-suyundan-daha-tehlukelidir
26.09.2024 17:50 1 dəq oxuma

Nyu-Yorkdakı "Weill Cornell Medicine"dən olan elm adamlarının araşdırmasına görə, qablaşdırılmış su sağlamlıq üçün kran suyundan daha təhlükəlidir.

Araşdırma “BMJ Global Health”də dərc olunub.

Mütəxəssislər müəyyən ediblər ki, butulkadakı suya düşən mikroplastiklər insanın hormonal sistemini poza bilər.

Tədqiqat nəticəsində məlum olub ki, qablaşdırılmış su nümunələrində 10%-dən 78%-dək mikroplastiklər və digər maddələr, o cümlədən bisfenol A (BPA) və ftalatlar aşkar edilib. Çirkləndiricilər uzun müddət saxlandıqda və yüksək temperatura məruz qaldıqda plastik qablardan suya daxil olur.

Plastiklərin istehsalı prosesinin özü də ətraf mühiti çirkləndirir və istifadə edildikdən sonra yalnız az miqdarda qab təkrar emal olunur. Tədqiqatçılar müəyyən ediblər ki, istifadə olunmuş qabların yalnız 9%-i təkrar emala verilir, tullantıların böyük hissəsi zibilliklərə və ya okeanlara atılır.

Tədqiqatın müəllifləri təhlükəsiz kran suyu infrastrukturuna investisiyaların artırılmasını təklif ediblər.

Firuzə Alimova / TURPKİMİ.COM