Qadağa günlərində insanlar dərmanı necə alacaq?


"Məhdud sayda işçilərin işə çıxması ilə bağlı aidiyyəti qurumlara məktublar göndərilib".

qadaga-gunlerinde-insanlar-dermani-nece-alacaq
04.06.2020 21:38 1 dəq oxuma

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O vurğulayıb ki, ictimai nəqliyyat tam məhdudlaşdırılıb: "Dərman ehtiyacı olanlar indidən alsınlar. Təcili hal çıxsa, təcili yardım vasitəsilə əhaliyə yardım ediləcək. Bəzən dəfn mərasimləri ilə sui-istifadə halları olurdu. Burdan insanlara tövsiyə edirik ki, bu kimi hallara yol verilməsin".