Qadına qarşı zorakılığa diqqət çəkmək üçün maraqlı üsula əl atdılar.
Türkiyənin İstanbul şəhərində son illərdə qadına qarşı olan zorakılığa etiraz etmək üçün maraqlı üsula əl atıblar.
TurpKimi.com xəbər verir ki, Kabataşda binalardan birinin divarına diqqəti qadın zorakılığına qarşı cəlb etmək üçün 2018-ci ildə öldürülən 440 qadını təmsil edən 440 cüt qadın ayaqqabısı asılıb.
Qrafik dizayner, musiqiçi və sənətkar Vahid Tuna tərəfindən hazırlanan layihə ilə 2018-ci ildə öldürülən 440 qadına diqqət çəkilib.
Ətrafdakılar etiraz formasını qeyri-adi və səmərəli üsul kimi qiymətləndiriblər. Layihə iştirakçıları cəmiyyətdə qadına qarşı olan zorakılığı dayandırmaq üçün hər kəsi ayıq-sayıq olmağa çağırıb.
Vüsalə Əlövsətqızı, TurpKimi.com