Qadının qaraciyərində döl tapıldı - VİDEO


İlk dəfə...

qadinin-qaraciyerinde-dol-tapildi
18.12.2021 12:58 1 dəq oxuma

Kanadanın Manitoba Universitetinin tədqiqat institutunda çalışan kanadalı həkim Maykl Narvi qeyri-adi ektopik hamiləlik (uşaqlıqdankənar) hadisəsi haqqında danışıb.

Həkimin sözlərinə görə, 33 yaşlı qadında döl qaraciyərdə inkişaf etməyə başlayıb. Mütəxəssis bildirib ki, bu, onun təcrübəsində ilk belə haldır.

Narvi xəstənin ultrasəs müayinəsinin nəticələrini “TikTok” hesabında şərh edib: “Mən hər şeyi gördüyümü düşündüm”.

Mütəxəssis qeyd edib ki, adətən ektopik hamiləlik vəziyyətlərində embrion qarın boşluğunda görünür.

Oxu.az / TurpKimi.com