Qadınların fərqində olmadan sərgilədiyi bu 12 davranış forması onların həyat keyfiyyətini aşağı salır və tək qalmaqlarına səbəb olur.
Bəzi davranışlar və qərarlar insanların həyatına zərər verir. Məsələn, bir işin nəticəsinin pis olacağını bildiyiniz halda, sırf birinə ''Xeyr'' deyə bilmədiyinizə görə, başınıza gəlməyən iş qalmır. Ya da həddindən çox üzr istəyərək qarşınızdakı insanla mövcud əlaqənizin keyfiyyətini aşağıya salırsız.
TurpKimi.com qadınların əl çəkməli olduğu 12 davranış formasını təqdim edir:
Davamlı üzr istəmək
Araşdırmalar qadınların kişilərə nisbətən daha çox üzr istədiyini göstərir. Üzr istəmək çox gözəl davranışdır, amma bunu daha çox etmək sizin üçün faydadan çox zərər verə bilər. Öz qərarlarınız və meyarlarınız olsun.
Başqalarının cinsi həyatını mühakimə etmək
Heç bir qadın birlikdə olduğu adama görə mühakimə olunmağa layiq deyil. Onlara yaraşdıracağınız hər pis ifadə günün birində sizə də yaraşdırıla bilər.
Öz cinsi həyatınızı mühakimə etmək
Böyük ehtimalla cinsi həyatınızı ''Başqaları nə deyər?'' deyə, düşünməzdən əvvəl öz içinizdə mühakimə edirsiz. Bunu etmək sizə heç bir şey qazandırmayacaq.
Cazibədar görsənməyə çalışmaq
Bəlkə də həqiqətən cazibədar birisiz. Bu vəziyyəti ən yaxşı izah edən söz ''Başqası olma özün ol, belə daha çox gözəlsən!''
İnternetdəki səhv məlumatlarla sağlamlığınızı düşünmək
Qadınların çoxu internetdən öyrəndiyini iddia etdiyi məlumatlarla qeyri-sağlam olduğunu düşünür. Halbuki, internetdə məlumat çirkliliyi çoxdur. Sağlamlığınızı bu qədər düşünürsünüzsə, həkimə müraciət edin.
Həyatınızın İnstaqram qədər rəngli olmamasına kədərlənmək
Heç ürəyinizi sıxmayın. Siz milyonlarla pərəstişkarı olan bir İnstaqram fenomeni deyilsiniz. Amma qorxmayın, öz həyatınızı rəngləndirmək sizin əlinizdədir. Kədərlənmək yerinə yaradıcı fikirlər tapıb, həyatınıza rəng qatın.
Tək olmaqdan qorxmaq
Həyatda idarənin sizdə olduğu bəzi anlar var: yeni insanlarla tanış olmaq, yeni əlaqələr qurmaq. Yəni, "Əsla birini tapa bilməyəcəyəm"- deyə, narahat olmaq heç bir işə yaramayacaq. Onun yerinə daha sosial olun, ümidinizi itirməyin.
Söz olsun deyə, bir əlaqəyə başlamaq
Özünüzü tək hiss etdiyiniz zamanlarda edə biləcəyiniz ən pis şey istəmədiyiniz bir əlaqəyə başlamaqdır. Sırf təkliyinizi aradan qaldırır deyə, səhv adamla birlikdə olmanız sizə zərər verər.
Özünüzə vaxt ayırmamaq
Bir günlük də olsa telefonunuzu bağlasanız və sevdiyiniz işlə məşğul olaraq özünüzə vaxt ayırsanız, kimsə sizdən inciməz. Özünüzə dəyər verməyiniz çox əhəmiyyətlidir.
Pis yoldaşlardan asılı olmaq
Sizə özünüzü pis hiss etdirən yoldaşlarınızı tez bir zamanda həyatınızdan çıxarın. Həyat belə insanlarla məşğul olmaq üçün çox qısadır.
Özünüzdən başqa hər kəsə hər vaxt “BƏLİ” demək
"Yorğunam, amma bir stəkan çay içə bilərik", "Öz işimi hələ qurtarmadım, amma səninkini də edərəm". Bir şeyi həqiqətən etmək istəmirsinizsə, bəli deməyin. Xeyr deməyi bilin. Prinsipləri olan şəxslərə daha çox hörmət edirlər.
Özünüzə “XEYR” demək
Əvvəlki bəndin əksinə, hər kəsə qarşı müsbət olmağa çalışarkən özünüzə qarşı mənfi olmayın. Nə etməyəcəyinizə deyil, nə edə biləcəyinizə fokuslanın. Müsbət düşünün ki, müsbət olsun!
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 13-12-2019