Qadınlar bu 5 hərəkətlə kişilərin ürəyini və könlünü fəth edəcəklər


Kişilərin özünü yaxşı hiss etməsinə səbəb olan 5 hərəkət

qadinlar-bu-5-hereketle-kisilerin-ureyini-ve-konlunu-feth-edecekler
26.11.2021 18:42 2 dəq oxuma

Qadın və kişi üçün biçilmiş rollar çox kiçik yaşlardan başlayaraq şüurumuza yeridilir. Cəmiyyət yazılmamış bu qaydaları cinsiyyətlər üzrə fərqləndirməkdə davam edir. Məsələn, kişilər daha güclü, qoruyucu və müdafiə edən tərəf kimi,  qadınlar isə daha zəif, köməyə ehtiyacı olan fərd kimi qiymətləndirilir. Təbii ki bunların hamısı yanlış qiymətləndirmədir. Bütün bu seçimlər insanların beynində kök salır. 

TurpKimi.com xəbər verir ki,  psixoloqlar buradan qaynaqlanaraq kişilərin özünü  yaxşı hiss etməsinə səbəb olan hərəkətlərə bir neçə örnək verib:

O avtomobil sürərkən sizin yatmağınız

Əslində bu hərəkət uzun məsafəli yollarda bir az risklidir. Siz yatarkən sürücü də yuxulaya bilər.  Ancaq kişilər özlərini bu an güclü hiss edirlər. Onlar maşın sürərkən siz yatırsız. Çünki bunu özlərinə qarşı hiss edilən etibar, inam kimi qəbul edirlər. 

Ona "Kişim" deyə səslənmək

Çox şablon söz kimi səslənə bilər.  Amma hər kişi özünə qarşı bu şəkildə səslənilməsindən xoşlanır. Əgər siz də arada sevgilinizi əzizləmək, daha da ərköyün etmək  istəyirsinizsə ona "Kişim" deyə səslənin. Gözlərindəki xoşbəxtliyi görmək sizi çaşdıracaq, amma bu həqiqətdir.

 Ondan kömək istəyin

Bilirik siz ayaqlarınızın üzərində dayana bilən güclü bir qadınsız. Ancaq yenə də, bəzi hallarda qarşınızdakı kişidən kömək istəyin.

Bu  hərəkət onun özünü daha işə yarayan və güclü hiss etməsinə səbəb olacaq. Sizə kömək edərkən aldığı həzzi heç bir şeydən ala bilməyəcək.

Onun paltarlarını geyinin

Kişilər sevdikləri onların paltarlarını geyinəndə xoşhal olurlar. Yəni sevişmədən sonra köynək geyinən qız klişesinin bir mənası var.

Ona nəzarət edin

Təbii ki hər dəqiqə nə etdiyini, harada olduğunu soruşub onu bezdirin demirlər.  Ancaq çölə çıxdıqda ya da evə çatdığını düşündüyünüzdə bir zəng edib necə olduğunu soruşmanız ona yaxşı təsir edəcək. Bu səbəblə idarə edilən  nəzarəti sevgilinizdən əskik etməyin.

Tərcümə: Vüsalə Əlövsətqızı, TurpKimi.com