Qadınlar yuxuda orqazm yaşaya bilər 


Bu ehtimalı artırmaq üçün məsləhətlər verildi.

qadinlar-yuxuda-orqazm-yasaya-biler
17.11.2025 10:31 1 dəq oxuma

Seksoloq Alessandra Araujo bildirib ki, bəzi qadınlar yuxuda orqazm yaşaya bilirlər. Claudia nəşrinə müsahibəsində o, gecə istirahəti zamanı seksual boşalma ehtimalını artırmağa kömək edən bir neçə məsləhət verib. 

TurpKimi.com bu açıqlamanı oxucuları ilə bölüşür. 

Araujo qeyd edib  ki, araşdırmalara görə, qadınların 40 faizi yuxu zamanı orqazm yaşadıqlarını bildiriblər. Lakin onun fikrincə, bu rəqəm daha yüksək ola bilər, çünki bəzi qadınlar bunu hiss etməyə bilər. Qadınlarda, kişilərdən fərqli olaraq, sperma ifrazı olmur. “Qadın orqazmı daha zəif ifadə oluna və əsasən əzələlərin yığılması və həzzin zirvəsi ilə özünü göstərə bilər”, — deyə mütəxəssis izah edib.

Orqazm ehtimalını artırmaq üçün o, yatağa girməzdən əvvəl seksual fantaziyalara fokuslanmağı tövsiyə edib. Çünki gecə beyin gün ərzində nəyi çox yaşamısansa onu emal edir. Üzüstə (qarınüstü) yatmaq daha yaxşıdır, belə vəziyyət genital nahiyəyə təzyiqi artırır. “Yatmazdan əvvəl özünüzə duyğusal, erotik düşüncələrə icazə vermək, oxumaq, videolara baxmaq və şəkillərə nəzər salmaq faydalıdır. Bu, yuxuda orqazm ehtimalını artırmağın yollarından biridir”, — deyə Araujo əlavə edib.

Bundan əvvəl tibb bacısı Sara Mulindva orqazmdan sonra niyə zəif eşitmənin  baş verdiyini izah etmişdi. Onun sözlərinə görə, bu, qulaqlardakı təzyiqin dəyişməsi səbəbindən yaranır.

TurpKimi.com