Qadınlar ehtiyatlı davransın...
“Soyuq duş qəbulu menstruasiya zamanı qadınlarda, həmçinin hamilə və əmizdirən analarda süd vəzilərinin iltihabı riskini artırır”.
TurpKimi.com xəbər verir ki, bu barədə cərrah Elvin Hüseynov “Qazeta.Ru”ya bildirib.
O qeyd edib ki, belə bir prosedur ürəkdə təzyiqin və stressin artırılması səbəbindən təhlükəlidir.
“Bədənində yağ az olan insanlar soyuq duş zamanı titrəmə, çaşqınlıq və ümumi halsızlıq kimi özünü göstərən hipotermiya şəklində problemlər yarada bilər”, - deyə Hüseynov xəbərdarlıq edib.
Həkim vurğulayıb ki, bu prosedurdan sonra xroniki xəstəliklər pisləşə bilər. O, dəri və ürək-damar xəstəlikləri, bədxassəli yenitörəmələri, immuniteti aşağı olan və tənəffüs problemi yaşayan insanlara soyuq duş qəbul etməmək barədə xəbərdarlıq edib.
Firuzə Alimova / TURPKİMİ.COM