Qadınlarda cinsi istəksizliyi aradan qaldıran qidalar


Afrodizyak təsirli və cinsi gücü artıran qidalardan istifadə etməklə yataq həyatınızdan zövq ala bilərsiniz. 

qadinlarda-cinsi-isteksizliyi-aradan-qaldiran-qidalar
06.12.2023 23:20 2 dəq oxuma

Afrodizyak xüsusiyyəti olan şeylərin cinsi həyəcanı, gücü, arzunu və zövqü artırdığına inanılır. Tarix boyu istifadə edilən bir çox afrodizyak qidalar, reseptlərin bünövrəsi əfsanələrə söykənir.   Çiy istridyə, ginseng, şokolad, qəhvə, jenşen,  bal və mesir məcunu ən məşhur afrodizyak qidalardır. 

Qadınlarda cinsi istəyi artıran libidonu qıcıqlandırmaq və səviyyəsini yüksəltmək üçün bu qidalardan istifadə etmək lazımdır. 

Libido insanın ümumi cinsi həvəsi və ya cinsi fəaliyyət istəyidir. Libidoya bioloji, psixoloji və sosial amillər təsir edir. Bioloji olaraq, nüvə akumbenslərinə təsir edən cinsi hormonlar və əlaqəli neyrotransmitterlər insanlarda libidonu tənzimləyir – Red. 

TurpKimi.com həmin qidaların siyahısını təqdim edir:

1) Şokolad

Şokolad  yemək insanı fərqli həzləri yaşamağa sövq edir. Hətta qoxusu belə xoşbəxtlik hormonu endorfini hərəkətə keçirə bilər.

Cinsi istəyi artırmaqda son dərəcə təsirlidir. Rəngi və qoxusuyla gecənizə həyəcan qatacaq şokolad cinsi həyatın ən yaxın dostlarından biri kimi qəbul edilir. Şokolad həm qadınlarda, hm də kişilərdə xoşbəxtlik hissi oyandırır.

2) Ananas

Ananas ehtiva etdiyi bromelain fermenti sayəsində qadınlar üçün olduqca müsbət təsirləri olan meyvədir. Bromelin fermenti  anti xərçəng quruluşuna malikdir və libidonu müsbət mənada artırır.  Bundan əlavə ananasın reql ağrılarına da yaxşı təsir etməsi elmi olaraq sübut edilib. 

3) Banan


Bananın tərkibində yüksək miqdarda mineralların olması onun afrodizyak təsirini də artırır. Maqnezium, kalium və B vitamini libidonu artırmaq üçün əhəmiyyətlidir. Kişilərdə cinsi istəyi artırmaq gücü olan  bromeliad fermentləri ehtiva edər. Tərkibində olan  yüksək kalium  orqazm üçün əhəmiyyətli qidalardandır.

4) Kərəviz

Kərəviz cinsi istəksizliyin müalicəsi üçün istifadə edilən qədim Çin dərmanlarından biridir. Qadınlarda erotik arzu oyandıran kişilik hormonu olan androsteron ehtiva edər. Bu xüsusiyyətlərinə görə kərəviz  çox güclü bitki mənşəli viaqra kimi tanınır.  Kərəviz sağlamlıq anbarıdır. Kərəviz iltihabı azaldar. Kərəvizdəki minerallar sinirləri sakitləşdirir. 

5) Avokado

Avokado ehtiva etdiyi B qrupu (B6, B9) vitaminləri sayəsində insanlara yüksək nisbətdə enerji təmin edən bir qidadır. Avokadonun ehtiva etdiyi B6 vitamini  kişilik hormonu kimi tanınan testosteron hormonunun ifraz olunmasını artırır. Həm qadınların, həm də  kişilərin cinsi istəyini artıran, ehtiras yaradan qida kimi seçilir.

TurpKimi.com